Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

PREZİDENT

Hörmətli İCOM üzvləri,
 

Odlar yurdu Azərbaycan zəngin mədəni irsə, qədim tarixə və müasir inkişaf sisteminə malik olan ölkədir. Azərbaycanın mədəni irsi ötən illərdə tikilən yeni muzeylərdə hərtərəfli nümayiş olunur. Zamanın tələblərinə uyğun olaraq, memarlıq abidələrində yerləşən və bərpa olunmuş muzeylər ekspozisiyalarını multimediyanın yaratdığı imkanlar və texniki innovasiyaları istifadə etməklə təqdim etmək məqsədini güdür.
Bu günün muzeyləri yalnız qədim əşyaların qorunduğu məkan deyil, muzeylər həmçinin müxtəlif  yaş və sosial qruplardan olan insanlar üçün qarşılıqlı ünsiyyət və asudə vaxtını maraqlı keçirmək üçün mədəniyyət və tədris mərkəzidir. İCOM Azərbaycan Milli Komitəsi 1993-cü ildə yaranmışdır. O, Bakı şəhərində yerləşən 43 muzeyi və Azərbaycanın digər şəhərlərində yerləşən muzeyləri özündə birləşdirir. Hər il bizim komitəmizə yeni ideyalar və layihələr təqdim edən həm individual, həm də bir çox qurumlardan üzvlər qoşulur. Bizim əsas məqsədimiz daim muzey mütəxəssisləri ilə əlaqədə olmaqdır; onlara dəstək vermək; muzeylər və digər qurumlar arasında yaxşı münasibət saxlamaq; konfrans və seminarlar təşkil etmək; muzeylərimizin heyətlərinin təcrübə mübadiləsi məqsədi ilə yüksək bacarıqlı mütəxəssisləri dəvət etmək.
Azərbaycanın mədəni həyatının dinamikası son illərdə çox dərin təsir bağışlayır. Biz inanırıq ki, İCOM gənc peşəkarlara muzey aləmində uğurlu karyeraya sahib olmağa kömək edəcək güclü vasitə olacaq, Azərbaycan muzeylərinə yeni stimul verəcək və beynəlxalq muzey ictimaiyyəti ilə məhsuldar inteqrasiyanı inkişaf etdirəcək.
 
 
Şirin Y. Məlikova
 
ICOM Azərbaycan Milli Komitəsinin sədri,
Azərbaycan Milli Xalça Muzeyinin direktoru,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının dosenti
E-mail: icom.azerbaijan.secretariat@gmail.com

 

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı