Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

“Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı beynəlxalq konfransın açılışı olub

Noyabrın 14-də Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı beynəlxalq konfransın açılışı olub. Konfrans Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə təşkil edilib.
Muzeyin direktoru Şirin Məlikova açılış nitqi ilə çıxış edərək konfransın muzeyin təsisçisi, xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun doğum gününə, eyni zamanda Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil olmasının ildönümünə təsadüf etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, İtaliya, Gürcüstan, Serbiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Iran və Tailanddan olan mütəxəssislərin qatıldığı konfransda 39 nəfərin məruzəsi dinləniləcək: “Onların çıxışı rəqəmsal dünyada tekstil muzeyləri, tekstil kolleksiyalarında innovativ iş üsulları, layihə menecmenti, kuratorluq işi və təqdimatların keçirilməsi, tekstil muzeylərində konservasiyanın özəllikləri, ziyarətçilərlə iş mövzularını əhatə edəcək”.
Mədəniyyət nazirinin müavini Vaqif Əliyev isə konfransın xalqımız üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, belə bir konfransın təşkilini və çox sayda alimlərin, tədqiqatçıların burada iştirakını milli sərvətimiz olan xalçalara, milli-mənəvi dəyərlərimizə xüsusi marağın göstəricisi kimi dəyərləndirib: “Xalça Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət tarixən qorunub nəsildən-nəslə ötürülüb. Hesab edirəm ki, xalça bizim tariximizin təcəssümüdür. Bu gün də biz hər bir xalçaya baxarkən qədim insanlarımızın yaşayış tərzi, həyat fəlsəfəsi ilə tanış ola bilərik”. Nazir müavini Azərbaycan xalçaçılıq sənətinin inkişafından da danışıb: “Bu sahədə böyük xidmətləri olanlardan biri də Xalq rəssamı Lətif Kərimovdur. O, xalçaçılıq sənətinin yaşaması üçün çox böyük işlər görüb. Bu gün olduğumuz muzeyin inşası isə Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətimizə qayğısının nəticəsidir. Muzey xalça sənətinin qorunması və gələcək nəsillərə ötürülməsi naminə əhəmiyyətli işlər görür”.
Tədbirdə, həmçinin muzeyin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalça Muzeyi” adlı kitab təqdim olunub. Kitabda muzeyin tarixi, Azərbaycan xalçalarının müxtəlif növləri, dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələri, onun zəngin kolleksiyasının ən gözəl nümunələri, xalça sənətinin inkişafında xüsusi rolu olan görkəmli şəxslər haqqında məlumatlar öz əksini tapıb.
Sonra Latviyanın ölkəmizdəki səfiri Daynis Qarançs iki ölkə arasında mədəni əlaqələrdən danışıb. O, belə tədbirlərin xalqlar arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Latviyalı modelyer Evita Smanuhina isə LLmood konsepsiyasına uyğun kətan və yundan hazırladığı geyimlərin burada nümayişindən məmnunluğunu ifadə edib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Milli Xalça Muzeyinin Latviyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində latviyalı modelyerin “Frozen Dreams” adlı kolleksiyası nümayiş etdirilib.
Moda nümayişindən sonra qonaqlar özbək ipək toxuculuq texnologiyasına həsr edilən “İpək hekayətlər” sərgisi ilə tanış olublar. Sərgi “ikat” istehsalının bütün mərhələlərini əks etdirir. Ekspozisiyanın mühüm hissəsi qədim “ikat”, ənənəvi geyimlər, süzəni, interyer tikmələrin növləri və milli geyim nümunələrindən ibarətdir. 
Qeyd edək ki, konfrans noyabrın 17-dək davam edəcək.

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı