Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

“SƏRHƏDSİZ İNCƏSƏNƏT” beynəlxalq seminarı

Bu seminar HƏBF (Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondu) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə və təşkilati dəstəkliyi ilə həyata keçirilir 
Layihənin həyata keçirildiyi və bilavasitə əlaqələndirildiyi yer – Azərbaycan Milli İncəsənət muzeyidir 
İdeya muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə dünyanın aparıcı muzeylərinin təcrübə və praktikasının öyrənilməsi zamanı ərsəyə gəlmişdir. Əlçatan mədəniyyətin yaradılması üzrə BMT tövsiyələrindən irəli gələrək, Azərbaycan Milli İncəsənət Muzeyi maneəsiz mədəniyyət və turizm məkanının yaradılması sahəsində MDB iştirakçı ölkələri ilə fəal əməkdaşlıq platorması yaradır.  
Beynəlxalq qlobal turizm şəbəkəsinin vacib üzvü kimi Müasir Muzey sağlamlıq imkanları məhdud şəxslərin ehtiyac və təlabatlarını qarşılamaq və onlara uyğun olmaq öhdəliyi daşıyır. Sağlamlıq imkanları məhdud şəxslərin hər bir kateqoriyası və qrupunun xüsusiyyyətlərini nəzərə alaraq, muzey xüsusi ekspozisiyalar, informasiya proqramları, audio bələdçilik, portallar yaradır, ekskursiya bələdçiləri və musey personalına muzeyin ən həssas ziyarətçi qrupları ilə keyfiyyətli işin əsaslarını öyrədir.   
Əlçatan turizmə olan təlabat bütün dünyada sürətlə artır və bu təlabat MDB ölkələrində də artmağa başlayıb. Bu sahənin modernizasiyası sağlamlıq imkanları məhdud şəxslərə yönəlmiş “maneəsiz turizm”in turizm və iqtisadiyyatın xüsusi, dinamik artan sahəsi kimi inkişaf etdirilməsinə imkan verəcək. ÜST-nin statistik məlumatlarına görə, hal hazırda dünyada 37 milyon göz əlilliyi və 125 milyon son dərəcə pis görmə qabiliyyəti olan insanın olmasına baxmayaraq, məhz bu qrupdan olan sağlamlıq imkanları məhdud şəxslər ümumiyyətlə mədəni istirahət seqmentində və xüsusilə də muzey məkanında ən həssas qrup hesab edilir.    Yuxarıda verilmiş faktları nəzərə alaraq, göz əlilliyi və digər sağlamlıq imkanları məhdud şəxslər üçün əlçatan olan muzey / incəsənətin yaradılması mqəsədilə pilot layihənin işlənib hazırlanması və həyata keçirilməsinə zərurət yaranır. 
Layihə birinci tədbirin HƏBF və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində 4 günlük “Sərhədsiz incəsənət” Beynəlxalq seminarının təşkilindən ibarət olan kompleks tədbirlərdən ibarətdir. 
Gözlənilən seminar çərçivəsində MDB ölkələrinin aparıcı muzeylərinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu praktikası nəzərdən keçiriləcək. Bununla yanaşı, hüquqi məsələlər, turizm fəaliyyətinin təşkili, sağlamlıq imkanları məhdud şəxslərin incəsənət vasitəsilə inklüziv bədii təhsili, sosiallaşması və əmək məşğulluğu məsələləri də nəzərdən keçiriləcək. Master klaslar, sağlamlıq imkanları məhdud şəxslərin işlərinin konkurs və sərgiləri təşkil ediləcək. QHT və xeyriyyə fondları, MDB ölkələrinin əlil icmalarının nümayəndələri seminarın işində iştirak edəcəklər.

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı