Aprel ayın 3-də Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, ICOM Azərbaycan Milli Komitəsinin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə ICOM Azərbaycan Milli Komitəsinin kommunikasiya üzrə mütəxəssis, incəsənətşünas Olqa Latışeva “Müasir incəsənətin təşviqində korporotiv incəsənət kolleksiyaların rolu” adlı təlim keçirilib. İlk öncə qonaqlar ICOM Azərbaycan Milli Komitəsinin sədri Əsmər Babayeva qonaqlara Azərxalçanın müxtəlif rəssamlarla birgə layihələrinin təqdimatı haqqında geniş məlumat verdi daha sonra isə təlim iştirakçıları İçərişəhər DTMQ konfrans zalında davam etmişdi. Kurs intensiv sessiya formatında keçirilmiş və biznes ilə müasir incəsənət arasında qarşılıqlı əlaqənin əsas aspektlərinə həsr olunmuşdur. Proqram çərçivəsində iştirakçılar mövzu üzrə nəzəri biliklərlə tanış olmuş və əldə etdiyi bilikləri möhkəmləndirmək məqsədilə pratiki tapşırıqlarda iştirak etmişdilər.