Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

BU İL 18 may - BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNÜ MÖVZUSU MUZEYLƏR, DAYANIQLILIQ VƏ RİFAHDIR.

Bu il 18 may - Beynəlxalq Muzeylər Gününün mövzusu muzeylər, dayanıqlılıq və rifahdır.

 

Muzeylər cəmiyyətimizin rifahına və dayanıqlı inkişafına mühüm töhfələr verir. İnsanlar muzeylərə güvənir, onları sosial həyatın sütunu kimi qəbul edir və bu onları ardıcıl pozitiv dəyişikliklərin potensial bələdçisi edir.

Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox yolla töhfə verə bilər. Bunlara iqlim dəyişikliyinə qarşı fəaliyyətə dəstək vermək, inklüzivliyi təmin etmək, sosial təcridi aradan qaldırmaq, psixi sağlamlığı yaxşılaşdırmaq və s. aiddir.

ICOM-un 2019-cu ildə Kiotoda qəbul olunmuş “BMT-nin 2030-cu il gündəliyinin dayanıqlılıq və tətbiqi” üzrə qətnaməsində vurğulandığı kimi, muzeylərin təhsil proqramları, sərgilər, tədqiqatlar və ictimaiyyətlə əlaqələr vasitəsilə dayanıqlı gələcəyin formalaşdırılmasına təsir etmək potensialı var. 

2020-ci ildən etibarən Beynəlxalq Muzeylər Günü hər il BMT-nin dayanıqlı inkişaf sahəsində müəyyən etdiyi bir sıra əsas müddəaları dəstəkləyir. Belə ki, 2023-cü ildə isə əsas diqqət aşağıdakı məqsədlərə yönəldiləcək: 

  • Məqsəd 3. Qlobal sağlamlıq və rifah: Yaşından asılı olmayaraq hər kəsin, xüsusən psixi və sosial təcdirdlə bağlı problemi olanların sağlam yaşamasını təmin etmək, onların rifah halını yaxşılaşdırmaq.
  • Məqsəd 13. İqlim dəyişikliyi sahəsində fəaliyyət: İnkişaf etmiş ölkələrdə aşağı karbonlu təcrübənin və inkişaf etməkdə olan ölkələrdə təsirin azaldılması strategiyalarının tətbiqi ilə iqlim dəyişikliyi və onun təsirlərinə qarşı təcili mübarizə tədbirləri görmək.
  • Məqsəd 15. Yerüstü ekosistemin mühafizəsi: Yerli xalqların nümayəndələrinin öz fikirlərini ifadə etmək imkanlarını genişləndirmək, həmçinin biomüxtəlifliyin itirilməsi ilə bağlı maarifləndirmə işlərini gücləndirməklə yerüstü ekosistemlərin qorunması, bərpası və dayanıqlı istifadəsinə nail olmaq.

Mayın 18-də biz vətəndaş cəmiyyətinin bütün üzvlərini bir araya gəlməyə və muzeylərin dayanıqlı inkişaf və rifah üçün malik olduğu bütün transformativ potensialını həyata keçirməyə çağırırıq!

 

Ətraflı məlumat: https://icom.museum/en/international-museum-day/

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı