Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

"Sərhədsiz incəsənət" adlı beynəlxalq seminar baş tutmuşdur

2019-cu ilin 25 – 28 noyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun (HƏBF) maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə "Sərhədsiz incəsənət" adlı beynəlxalq seminar baş tutmuşdur. Seminarın işində MDB-yə üzv dövlətlərin aparıcı muzeylərinin əməkdaşları, ali təhsil müəssisələri, QHT, özəl sektor, xeyriyyə fondları və MDB ölkələrinin əlillər cəmiyyətinin təmsilçiləri iştirak etmişlər.
Müasir dövrün həqiqətləri elədir ki, mədəni istirahət seqmenti və xüsusən də muzey məkanında ən həssas qrup fiziki məhdudiyyəti olan insanlar qrupudur. Muzey məkanı və onun informasiya resurslarının praktikada fiziki məhdudiyyəti olan şəxslərin ehtiyaclarına uyğunlaşdırmaqla, bu sahəni cəmiyyətin bu zümrəsi üçün daha əlçatan etmək – təşkil edilmiş seminarın mövzusu idi. Bu sahədə modernizasiya işləri fiziki məhdudiyyəti olan şəxslərə yönəlik “maneəsiz turizm məkanı”nın mədəniyyət, turizm və iqtisadiyyatın xüsusi dinamik artan sahəsi kimi təşkilinə imkan verəcək.
Seminar iştirkaçıları öz çıxışlarında qeyd etdilər ki, dünyanın aparıcı muzeylərinin muzey məkanı və onun informasiya resurslarının fiziki məhdudiyyəti olan şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırılması üzrə təcrübə və praktikası bu məsələnin həllində yardımçı ola bilər. Öz tərəfindən, əlçatan mədəniyyətin yaradılması üzrə BMT tövsiyələrindən çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyi maneəsiz mədəniyyət və turizm məkanını yaradılması sahəsində MDB-yə üzv ölkələrlə fəal əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü irəli sürdü və qeyd etdi ki, dünyada əlçatan turizmə olan təlabat durmadan artır və MDB ölkələrində də artmaqdadır.
Dövlət Tretyakov Qalereyasının maarifləndirmə və nəşriyyat fəaliyyəti üzrə direktor müavini ( Rusiya, Moskva) Elzesser Marina Edqarona öz məruzəsini muzeyi ziyarət edən zaman həddən artıq sensor yüklənmədən əziyyət çəkən şəxslər üçün özünəməxsus təşkilati işə dair prezentasiya ilə təqdim etdi: yorulmuş və oturmaq istəyən şəxslər üçün döşəkcə; istilikdən mühafizə funksiyasını yerinə yetirən örtük və eyni vaxtlı şəxsi məkanın məhdudlaşdırılması; səs – küydən mühafizə edən qulaqcıq və qulaq açarları; əsəb gərginliyini aradan qaldırmağa kömək edən yumşaq böyük olmayan top. İlk növbədə yaranmış problemi şifahi ifadə etmək imkanı olmayan uşaqlara yönəlik xüsusi kartlar.
A. Kasteyev adına Qazaxıstan Dövlət incəsənət muzeyinin direktoru Gülmira Şalabayeva öz məruzəsində muzey məkanının əlilliyi olan ziyarətçilər üçün əlçatanlığı mövzusuna toxundu. O xüsusilə qeyd etdi ki, “Əlilliyi olan ziyarətçi kateqoriyası üçün xidmətlərin könüllü təminatı imkanı cəmiyyətin sivil olması və müəyyən mədəniyyət səviyyəsinə nail olması göstəricisidir. Burada vacib məqam yalnız müxtəlif təşkilatlarda bu cür şəraiti yaratmaq deyil, həmçinin ümumilikdə cəmiyyətin əlilliyə münasibətini dəyişmək, istənilən özünəməxsusluqları olan şəxslərə mehriban və tolerant münasibəti formalaşdırmaq əzmkarlığıdır.
Belarus Respublikasının Milli incəsənət muzeyinin elm və maarifləndirmə işləri üzrə baş direktor müavini Svetlana Aneyko özünün “ Belarus Respublikasının Milli incəsənət muzeyinin inklüziv işləri” adlı məruzəsində relyef üslubunda yazılmış müasir rəssam layihəsindən yeddi işi təqdim etdi. Bu işlər xüsusi olaraq taktil qavrayış üçün yaradılıb gözdən əlil olan insanlar üçün nəzərdə tutulduğuna görə rəsm əsərini “görməyə” imkan verir.
Rus muzeyinin (Русский музей) sosiomədəni layihə və proqramlarını təqdim edən Dövlət Rus muzeyinin (Rusiya, Moskva) inklüziv proqramlar üzrə mütəxəssisi Anastasiya Volodinanın çıxışı seminar iştirakçıları arasında xüsusi maraq doğurdu. Onun mütəxəssisləri 30 illik iş təcrübəsi sayəsində dəqiq metodiki əsasları olan çoxsaylı proqramlar qəbul edilmişdir. Məsələn, zəif eşidən və kar şəxslər üçün dəvətlər video formatında jestlər dili ilə yazılır.
İnklüzivlik mövzusunun davamı olaraq, Azərbaycan milli incəsənət muzeyinin direktoru Şirin Məlikovanın hündürlüyü fərqli olan, onların semantikası ilə tanışlıq nəticəsində rəngarəngliyi ilə tanışlıq imkanı verən və ölçüsünə görə o qədər də böyük olmayan ortnamentli xalça məmulatları barədə məruzəsi dinlənildi.
İnklüzivlik mövzusu inklüziv layihələrin kuratoru, Tretyakov qalereyasının muzey proqramları bölməsinin muzey – maarifləndirmə işi üzrə metodisti Alla Orlovanın məruzəsində daha dərindən ələ alındı. O öz çıxışında sadəcə nitq söyləməyib, Daun sindromu olan uşaqlarla 10 illik şəxsi iş təcrübəsinə əsaslanaraq, əqli özünəməxsusluqları olan uşaqların inkişafı məşğuliyyətini ən xırda təfərrüatlarına qədər nümayiş etdirdiyi ustad dərsi keçdi.
Gürcüstan inklüzivlik teatrının məruzəsi də maraqlı oldu. “Georgian National Wheelchair Dance Sport Federation” təsisçisi və direktoru, “Tbilisi Inclusive Dance Co” art – direktoru Zazanaşvili Ketevan və rəqqasə İrma Zveriaşvili kətan üzərində əksini tapmış təsvirin rəqs plastikası vasitəsilə nə cür ötürülməsini nümayiş etdirdilər.
Daha sonra Gürcüstan gözdən əlil rəssamlar İttifaqını təmsil edən sərgilərin kuratoru, təşkilatçısı və gözdən əlil rəssamların müəllimi Georgi Quraspaşvili “Ziyarət edilə bilən dünya” adlı məruzəsi çərçivəsində öz iş təcrübəsi və maraqlı iş praktikasını paylaşdı. O, üç gün ərzində 5 nömrəli İnternat məktəbin gözdən əlil uşaqları üçün xüsusi texnologiyalardan istifadə edərək rəsm üzrə ustad dərsi təşkil etmişdir.
Əlil aktyorların baş rollarda çıxış etdikləri bədii filmlərin tizerlərinin nümayişi seminarın iştirakçıları və qonaqları arasında xüsusi emosional reaksiya doğurdu. Hamıda yaddaşlardan silinməz təəssürat doğuran bu cür qısa “replikalar”ı A. Kasteyev adına Qazaxıstan Dövlət incəsənət muzeyinin dekorativ – tətbiqi incəsənət Mərkəzinin aparıcı elmi işçisi Natalya Bajenova təqdim etdi.
Kasteyev adına pedaqoqika muzeyi və muzeyin layihə fəaliyyəti bölməsinin rəhbəri Oksana Tanskaya “inkişaf pozuntuları olan ziyarətçilər üçün ekskursiyaların adaptasiyası” mövzusunda məruzə ilə çıxış edərək fərdi özünəməxsusluqları olan şəxslər üçün ekskursiya proqramlarının “marşrutizasiyası”nın təşkili və hazırlanması sahəsində iş təcrübəsini paylaşdı.
Jest dilinin tərcüməçisi, pedaqoq – ekskursiya bələdçisi, “Qaraj” müasir incəsənət Muzeyinin kar və eşitmə zəifliyi olan ziyarətçiləri ilə iş üzrə inklüziv proqramlar bölməsinin meneceri Lyudmila Luçkova muzey ziyarətçiləri və əməkdaşlarının ünsiyyəti zamanı istifadə edilən jestlər dili üzrə seminar iştirakçıları üçün ustad dərsi keçdi.
“Sərhədsiz incəsənət” Beynəlxalq seminarı çərçivəsində arasında Azərbaycan milli incəsənət muzeyinin də olduğu proqram və layihələrin çoxsaylı prezentasiyaları təqdim edildi. Simpozium iştirakçıları üçün Bakının görməli yerlərinin xüsusi proqramı hazırlanmışdır. Qobustan Milli Tarix-bədii Qoruğuna təşkil edilmiş ekskursiya unudulmaz təəssürat doğurdu. Burada da iştirakçılar inklüzivlik layihələri ilə tanış edildilər. Fiziki əlilliyi olan şəxslərlə işin təşkilinin incəlikləri və özünəməxsusluqlarını praktikada nümayiş etdirən MDB muzeylərinin təmsilçiləri simpoziumun tam gedişatı ərzində iştirakçılar üçün ustad dərsləri keçdi.
Marina Elzesser, Alla Orlova, Gülmira Şalabayeva və Lyudmila Luçkova Respublikanın “Mədəniyyət” kanalında, çəkilişləri Beynəlxalq muğam mərkəzində aparılan və “Sərhədsiz incəsənət” Beynəlxalq seminarında müzakirə edilən mövzulara həsr edilmiş televiziya proqramında iştirak etdilər.

İştirakçılar arasında muzeylərin fiziki məhdudiyyəti olan şəxslər üçün əlçatanlığı məsələsinin həllinə dair vacib mövzular barədə müzakirələri toplantılar arası dövrdə də davam etdirildi. Seminarın sıx proqramına saysız – hesabsız müzakirələr daxil idi. Buraya ekspozisiyanın uyğunlaşdırılması, gözdən əlil olan şəxslər üçün şedevrlərin qalereyasının yaradılması, fiziki məhdudiyyəti olan şəxslər üçün audio bələdçilik, informasiya resursları və İnternet səhifələri, master – klas proqramlarının yaradılması, fiziki məhdudiyyəti olan ziyarətçilər qrupu ilə iş üçün ekskursiya bələdçilərinin hazırlığı məsələləri əksini tapmışdı. Əlilliyi olan ziyarətçilər kateqoriyası üçün könüllü xidmətin təminatı imkanı cəmiyyətinin sivil olması və müəyyən mədəniyyət səviyyəsinə nail olmasının göstəricisidir. Burada vacib məqam yalnız müxtəlif təşkilatlarda bu cür şəraiti yaratmaq deyil, həmçinin ümumilikdə cəmiyyətin əlilliyə münasibətini dəyişmək, istənilən özünəməxsusluqları olan şəxslərə mehriban və tolerant münasibəti formalaşdırmaq əzmkarlığıdır.Həm çıxışlar və həm də zaldankənar söhbətlər zamanı müxtəlif sosial qrup, təşkilat və yaradıcılıq kollektivləri arasında mədəniyyətlərarası qarşılıqlı əlaqələrin qurulması üçün ən yaxşı muzey layihələri müzakirə edildi. İncəsənət təhsili sisteminin modernizasiyası, inklüzivlik təhsili elementi ilə fəal təhsil mühitinin formalaşdırılması ətrafında söhbətlər aparıldı. Muzeylərin maneəsiz turizm mühitinin yaradılması, hüquqi və maliyyə sahələrinin modernizasiyası sahəsində muzeylərin rolu müzakirə edildi.İncəsənət və ədəbiyyatda əlillik məsələləri, mədəniyyət obyektlərinin fiziki məhdudiyyəti olan şəxslərin sosial uyğunlaşması və peşəkar yüksəlişində rolu məsələlərinə toxunuldu. Cəmiyyətin daha həssas hissəsinin muzey və mədəniyyət abidələrinə çıxışı məqsədilə maksimal uyğunlaşdırılması üçün ən qabaqcıl texnologiyaların tətbiqi təcrübələri paylaşıldı.
“Sərhədsiz incəsənət” Beynəlxalq muzeyinin hər bir iştirakçısı qeyd etdi ki, beynəlxalq qlobal turizm şəbəkəsinin vacib həlqəsi kimi, müasir muzey fiziki məhdudiyyəti olan şəxslərin ehtiyac və tələblərini təmin etmək öhdəliyi daşıyır. Buna görə də muzey məkanlarının müasir şəraitdə əlçatanlığı məsələsi fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyətə inteqrasiyasının həllini tələb edən ən aktual məsələlərdən biridir.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı