Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

ICOM AZƏRBAYCAN MİLLİ KOMITƏSİ COVID-19 PANDEMİYASININ AZƏRBAYCAN MUZEYLƏRİNƏ TƏSİRİNƏ DAİR SORĞU KEÇİRİB

ICOM Azərbaycan Milli Komitəsi 3-6 avqust tarixlərində COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdəki muzeylərin fəaliyyətində yaranmış problemləri ortaya çıxarmaq və onların aradan qaldırılmasında muzeylərə dəstək məqsədilə sorğu keçirib.

Sorğuda Bakı, Naxçıvan, Gədəbəy, Astara, Masallı, Neftçala, Şabran, Xaçmaz, Bərdə, Quba, Ucar, Şirvan, Beyləqan, Yevlax və s. bölgələrdə fəaliyyət göstərən müxtəlif profilli 42 muzeydən, eləcə də rəsm qalereyaları və muzey mərkəzlərindən 59 nəfər mütəxəssis iştirak edib.

Sorğuda iştirak edənlərin 95,1 faizi dövlət büdcəsindən, 4,9 faizi isə müxtəlif mənbələrdən maliyyələşən muzeylərin əməkdaşları olub.

Sorğu nəticəsində məlum olub ki, pandemiya dövründə sözügedən mədəniyyət ocaqlarının 80,3 faizi onlayn, 6,6 faizi fiziki şəkildə fəaliyyət göstərib. Onlardan 13,1 faizi isə ümumiyyətlə işini dayandırıb. Karantin dövründə əksər muzey işçiləri onlayn təlim və konfranslarda iştirak edib.

Muzeylər bağlı olduğu müddətdə onların ən əsas fəaliyyət istiqamətləri video mühazirələr, uşaqlar, tələbələr, böyüklər, valideynlər və müəllimlər üçün müxtəlif maarifləndirmə resurslarının, muzeyin rəqəmsal kolleksiya resurslarının təqdimatını həyata keçirmək olub.

Sorğuda iştirak edənlərin fikrincə pandemiya dövründə muzeylərin ən mühüm rolu maarifləndirmədir.

Sorğu iştirakşılarının fikrincə, mövcud karantin şəraitinin muzeylərə əsas mənfi təsirləri ziyarətin dayandırılması, normal iş fəaliyyətinin pozulması, maddi və mənəvi ziyan, layihələrin təxirə salınması sayıla bilər. Müsbət təsiri isə muzeylərin onlayn fəaliyyət sahəsində təcrübə qazanması, onlayn şəkildə maarifləndirmə işinin genişləndirilməsi, elmi araşdırmalar üçün daha çox vaxtın olması, koronavirusun yayılmasının qarşısının alınması və s.dir.

Sorğunun nəticələrinə əsasən deyə bilərik ki, COVID-19 pandemiyası dövründə muzeylərin 98,4 faizində işçilərin ixtisarı aparılmayıb. Bu müddət ərzində muzey işçiləri ən çox texniki çətinliklər, normal iş rejiminin pozulması, onlayn fəaliyyətə alışmaq, məlumatların elektron formatda olmaması, insan resurslarının, həmçinin pullu xidmətin olmaması kimi çətinliklərlə üzləşiblər.

Pandemiya muzey işində bir sıra yeniliklərə – onlayn fəaliyyətə, sosial şəbəklərdə izləyici sayının artmasına, incəsənətə marağın artmasına təkan verdi.

Pandemiyadan sonra muzeylər öz normal iş rejiminə qayıtmaqla yanaşı, onlayn fəaliyyəti daha da gücləndirməyi, bu istiqamətdə yeniliklər etməyi planlaşdırır.

Sorğuya əsasən respondentlərin 57,4 faizi muzeylərin bir ay ərzində açılmasını gözləyir.

Sorğu haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı