Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti : “Xalça Muzeyi bütün standartlara cavab verir” “Ölkənizin insanları sahib olduqları ilə qürur duyurlar”

Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransına qatılan bir sıra xarici ölkələrin nümayəndələri ölkəmiz haqqında yüksək təəssüratlarını bölüşüblər.
Beynəlxalq Muzeylər Şurasının Tarixi ev muzeyləri beynəlxalq komitəsinin prezidenti Elza Rodrigez bildirib ki, Azərbaycana səfər etmədən öncə ölkəmiz haqqında internet vasitəsilə müəyyən bilgilər əldə edib. Bakıda olduqdan məmnunluğunu deyən qonaq Azərbaycan Xalça Muzeyinə heyranlığını gizlətməyib: “Xalça Muzeyi bütün standartlara cavab verir. Ümumiyyətlə, gördüyüm qədər bütün muzeylər kifayət qədər yaxşıdır”, - deyə o, bildirib. 
Bakının eyni zamanda, bir sıra digər mədəni və tarixi məkanlarına da səfər etdiyini bildirən Elza Rodrigez şəhərimizi bəyəndiyini deyib. “İçəri Şəhəri və onun müasir memarlıqla qarşılığını çox sevdim. Digər ölkələrdə belə bir fərqliliyi tapmaq çox çətindir. Bu, ruha çox yaxın, amma deyim ki, bir o qədər də fərqlidir”, - deyə o, qeyd edib. 
Azərbaycan ilk dəfə səfər edən Beynəlxalq Muzeylər Şurasının Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin idarə heyətinin üzvü Kai Lobjakas deyib ki, Azərbaycan haqqında eşitmişdim və uşaqlıqdan böyüyəndə buraya gəlmək arzusunda idim. Gözləyirdim ki, müəyyən bir yaşa çatdıqda valideynlərim məni buraya gətuirəcəklər, amma bu baş vermədi, buna görə bu mənim Bakıya ilk səfərimdir. “Ancaq ölkənizi bir az xalça və qədim xalçaçılıq ənənələri, çayı, ənənələrinizin digər tərəfi kimi də tanıyırdım. Həm də, keçmiş prezidentinizin həyat yoldaşı akademik Zərifə Əliyeva vaxtilə Estoniyada təhsil alıb, o, həkim idi və Tallin şəhərində akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universiteti var. Estoniyada səhnələşdirilən bir pyesi və orada rol almış Kəbirlinski soyadlı bir aktyoru da xatırlayıram, amma pyesin adı yadımda deyil. Bunlar Azərbaycanla bağlı ölkənizə gələnə qədər olan bildiklərim və xatirələrimdir”, - deyə o, əlavə edib.
Bakıda söhbətləşdiyi insanların öz ölkələri haqqında danışdıqlarından riqqətə gəldiyini deyən qonaq deyib: “Ölkənizin insanları çox gözəl ünsiyyət qururlar, sahib olduqları ilə qürur duyurlar. Bu hissi mən danışdığım hər bir insanda hiss etdim, mənə elə gəlir ki, güclü identikliyiniz var”.
Kai Lobjakas Bakıda bir neçə ev-muzeylərində, o cümlədən Qara Qarayevin ev muzeyində və Xalça Muzeyində xoş təəssüratlar əldə etdiyini diqqətə çatdırıb. “Qara Qarayevin ev muzeyi məndə çox gözəl təəssürat yaratdı. Müasir ev muzeyinin necə təqdim olunmasının canlı bir nümunəsinə çevrildi. Eyni fikirlər Xalça Muzeyinə də aiddir, hətta daha yüksək dərəcədə. Cünki muzey daha böyükdür, fikrimcə, hər iki muzey gözəl nümünələrdir. Onlar irəliləyişin istiqamətini göstərir, buna görə çox şanslısınız!”, - qonaq vurğulayıb.
Qeyd edək ki, oktyabrın 10-12-də keçirilən beynəlxalq konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edib.

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı