25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 may – Beynəlxalq Muzeylər Gününün mövzusu – "Muzeylər mədəni mərkəzlər kimi: Ənənələrin gələcəyi" ilə bağlı silsilə tədbirlərin keçirilməsi, cari ilin 27 fevral – 1 mart tarixlərində Gürcüstanda muzey təhsili mövzusunda keçiriləcək treyninqə qatılmaq və cari ilin 1 − 7 sentyabr tarixlərində ICOM-un Yaponiyanın Kioto şəhərində keçiriləcək Baş konfransında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı məsələlər müzakirə olundu.