Görüşdə ICOM-un vitse-prezidenti Nasir Aldarmaki, ICOM-un Nepal nümayəndəliyinin sədri Rameş Prasad Duvadi və digər xarici və yerli ICOM üzvləri iştirak ediblər.
Muzeyi ekskursiya çərçivəsində qonaqlar “Azərbaycan incəsənət xəzinəsi”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası”, eləcə də Qərbi Avropa, rus və Şərq ölkələri incəsənətinə aid eksponatların nümayiş edildiyi ekspozisiyalarla tanış olublar.
Görüş çərçivəsində muzeylərarası əlaqələrin inkişafı, mədəni irsin qorunması və təbliği sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.







