Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Azərbaycan Mİllİ İncəsənət Muzeyİnİn (AMİM) kolleksİyasında nonkonformİst İstİqamətİn əsasını qoymuş Cavad Mİrcavadov, Tofİq Cavadov, Əşrəf Murad, Rasİm Babayev, Qorxmaz Əfəndİyev, Fazİl Nəcəfov kİmİ sənətkarların əsərlərİ xüsusİ yer tutur

Azərbaycan Milli İncəsənət Muzeyinin (AMİM) kolleksiyasında nonkonformist istiqamətin əsasını qoymuş Cavad Mircavadov, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Fazil Nəcəfov kimi sənətkarların əsərləri xüsusi yer tutur. Uzun müddət bu rəssamların yaradıcılığı muzeydə məhdud xarakterli ekspozisiyada nümayiş etdirilmişdir. Yeni daimi ekspozisiyanın yaradılması onların çoxşaxəli bədii irsini daha dolğun, sistemli və müasir muzey standartlarına uyğun şəkildə təqdim etmək məqsədi daşıyır. Qeyd edək ki, bu xarizmatik rəssamlar sosialist realizminin rəsmi ideoloji çərçivələri ilə barışmayaraq öz vizual strategiyalarını Azərbaycan incəsənətinin ənənəvi sistemi ilə Qərb avanqardının müasir tendensiyalarının sintezi üzərində qurmuşdular. Onlar yaradıcılıqlarını müasirləri olduqları dövrün dünya incəsənətində baş verən aktual tendensiyaları ilə əlaqələndirərək Azərbaycan təsviri sənətində yeni estetik və ideya axtarışlarının təməlini qoyublar.

Ekspozisiyada qeyri-rəsmi olaraq Azərbaycan nonkonformist sənətinin lideri kimi qəbul edilən Mircavad Cavadovun mifoloji təfəkkürə, simvolizmə və arxaik-folklor ünsürlərinə əsaslanan əsərləri önəmli hissəni təşkil edir.

Tofiq Cavadovun sənaye motivlərini və Abşeron mənzərələrini əks etdirən əsərləri ekspozisiyada ayrıca xətt kimi təqdim olunur.

Nonkonformist qrupun ideoloqu və nəzəri əsaslarını formalaşdıran sənətkar kimi tanınan Qorxmaz Əfəndiyevin əsərləri, Rasim Babayevin Azərbaycan mifologiyası, əfsanə və nağıllarına əsaslanan mükəmməl yaradıcılıq nümunələri ekspozisiyada xüsusi yer tutur.

Nonkonformistlər arasında fərqli yaradıcılıq xətti ilə seçilən Əşrəf Muradın əsərlərində primitivist estetika, lakonik forma həlli və qrotesk ifadə tərzi ön plana çıxır. Dərin qara fon üzərində təqdim olunan monumental fiqurlar əsərlərə güclü dramatik təsir bəxş edir.

Heykəltəraş Fazil Nəcəfovun milli və dünya mifoloji motivlərinə əsaslanan plastik nümunələri daxili enerjisi və fəlsəfi məzmunu ilə seçilir.

Ekspozisiyada nümayiş etdirilən video hazırkı rəssamlar nəslinin tanınmış nümayəndəsi Orxan Hüseynova aiddir. Bu videoda Orxan Hüseynov multimedia rəssamı kimi nonkonformistlərlə yaradıcı assosiativ dialoq qurur və Azərbaycan incəsənətində nəsillər arasındakı əlaqəni vurğulayır.

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı