Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Azərbaycan xalqının Ümummİllİ Lİderİ Heydər Əlİyevİn 100 İllİk yubİleyİnə həsr olunmuş “Mədənİyyətlərarası dİaloq və etnİk özünəməxsusluq” adlı beynəlxalq elmİ konfrans

5-6 may 2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mədəniyyətlərarası dialoq və etnik özünəməxsusluq” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan muzeyin direktoru Şirin Məlikova iştirakçı və qonaqları salamladı. O, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini etnik özünəməxsusluğun qorunub saxlanılması, xalqlar, ölkələr arasında mədəni dialoqun qurulması və bu kimi vacib məsələlərin təşkil etdiyini vurğuladı. 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində keçirilən bu konfransda mövzunu müxtəlif kontektslərdən təhlil edən məruzələrin yer aldığını söylədi. 
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov çıxış edərək konfransın əhatə etdiyi mövzunun vacib əhəmiyyətini qeyd etdi.Konfrans sessiyalarla öz işini davam etdirdi. 
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Krakov Etnoqrafiya Muzeyinin qeyri-Avropa Mədəniyyətləri Departamentinin kuratoru Anna Şelinqovska, Gürcüstan Milli Muzeyinin baş mühafizi İrina Koşoridze, Cənubi Koreya Keimyunq Universitetinin İpək Yolu və Mərkəzi Asiya İnstitutunun tədqiqatçı professoru Li Ce Yunq, İstanbul Türk və İslam Əsərləri Muzeyinin direktoru Əkrəm Aytar, Türkiyədə fəaliyyət göstərən sənətşünas, “SOACArt” təşkilatının müstəqil kuratoru Sumiyo Okumuro, Brukenthal Milli Muzeyi tərkibində Brukenthal İncəsənət Muzeyinin rəhbəri Aleksandru Sonak, Budapeşt Etnoqrafiya Muzeyinin baş direktoru Lajos Kemecsi, Qazaxıstan İdman və Turizm Akademiyasının Turizm fakültəsinin dekanıAygül Aqeleuova, Özbəkistan Rəssamlıq Akademiyasının “SAN’AT” jurnalının baş redaktor müavini Binafşa Nodir böyük maraq doğuran məruzələrlə çıxış etdilər.
Beynəlxalq konfransda yaddaqalan məqamlardan biri Azərbaycan Milli Xalça Muzeyi və Budapeşt Etnoqrafiya Muzeyi arasında hər iki muzeyin rəhbərləri tərəfindən Anlaşma Memorandumunun imzalanması oldu. 
Tədbirdə iştirak edən Rusiya Dövlət Ermitajının Qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının rəhbəri İqor Malkielə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş Pazırık xalçasının fraqmentlərinin taktil nümunələri təqdim olundu. Şirin Məlikova bu xalçaların 2021-ci ildə Ermitajda baş tutmuş “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi”nin konsepsiyasına uyğun olaraq Ermitaja hədiyyə olduğunu söylədi. 
Konfransa fəxri qonaq qismində qatılmış Azərbaycanın insan hüquqları üzrə ilk müvəkkili, Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Ümummili Lider Heydər Əliyevin böyük dövlət xadimi kimi müdrik siyasətə əsaslananan fəaliyyətindən söz açdı və konfransın böyük əhəmiyyət daşıdığını söylədi. 
Konfransın ikinci günündə nəzərdə tutulmuş xüsisi mədəni proqram çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzi və “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət etdilər. Beynəlxalq konfrans  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə keçirildi.
 

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı