Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Nəriman Nərimanovun xatirə muzeyi

Nəriman Nərimanovun xatirə muzeyinin yaradılması Azərbaycan SSR Nazirlər Kabinetinin 13 avqust 1977-ci il tarixli 186 nömrəli qətnaməsi əsasında qərara alınmışdır. Muzey ulu öndər Heydər Əliyevin iştirakı ilə 1977-ci il noyabrın 6-da Bakı şəhəri İstiqlaliyyət küçəsi 55-də açılmış, 2013-cü ilin may ayından etibarən muzeyin bərpadan sonra yenilənmiş müasir ekspozisiyası fəaliyyət göstərməyə başlamışdır.

 Muzeyin yerləşdiyi bina 1900-cü ildə məşhur azərbaycanlı memar M.M.İsmayılovun layihəsi əsasında inşa edilmiş və tacir H.Babayevə məxsus olmuşdur. N.Nərimanov 1913-1918-ci illərdə bu binanın ikinci mərtəbəsindəki 5 otaqlı mənzildə ailəsi ilə birgə yaşamışdır.

 Hazırda muzeyin fonduna unikallığı ilə seçilən 6 mindən artıq eksponat toplanmışdır. Kolleksiyaya N.Nərimanovun şəxsi əşyaları, məişət avadanlığı, tarixi sənədlər və fotoşəkillər, kitablar, qəzetlər, filmlər, videomateriallar, incəsənət əsərləri və s. daxildir.

 Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir.

               Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1870-1925) Azərbaycanın görkəmli mütəfəkkirlərindən biridir. O, böyük humanist, yazıçı, dramaturq, jurnalist, publisist, müəllim, həkim, ictimai-siyasi və dövlət xadimi kimi genişmiqyaslı fəaliyyəti ilə Azərbaycan xalqının tarixində xüsusi yer tutmuşdur.

             1870-ci il aprelin 14-də Tiflis şəhərində anadan olmuş Nəriman Nərimanov ilk təhsilini Tiflis ruhani məktəbində (1879-1885) almış, 1890-cı ildə Qori Zaqafqaziya müəllimlər seminariyasını, 1908-ci ildə Odessa Novorossiya universitetinin tibb fakültəsini bitirmişdir. Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kənd məktəbində (1890-1891), A.Pobedonostsevin şəxsi progimnaziyasında, I Bakı kişi gimnaziyasında və Bakı realnı məktəbində (1891-1901) müəllimlik etmişdir. N.Nərimanov dərs deməklə bərabər geniş mədəni-maarifçilik fəaliyyətilə məşğul olaraq Bakıda ilk ucuz kitabxana-qiraətxana (1894-1898) açmış, həvəskar teatr səhnələrində tamaşaların qoyulmasında iştirak etmiş, dərsliklər hazırlamış, bədii əsərlər yazmışdır.

        1905-ci ildə “Hümmət” sosial-demokrat təşkilatına daxil olmuşdur.

1909-1913-cü illərdə Həştərxanda sürgündə olarkən ədəbi-maarifçilik və tibbi fəaliyyətini davam etdirmiş, şəhər dumasına deputat seçilmişdir.

        1913-1917-ci illərdə Bakı müalicəxanalarında həkim işləyən N.Nərimanov 1917-ci ildə “Hümmət” təşkilatının sədri və eyniadlı qəzetin redaktoru olmuşdur.

       1918-1920-ci illərdə RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq Müsəlmanları şöbəsinin müdiri və RSFSR Xalq Milli İşlər komissarının müavini vəzifələrində işləmişdir.

      1920-1922-ci illərdə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədri və Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuşdur.

      1922-ci ildə N.Nərimanov Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqı (ZSSRFİ) Sovetinin Rəyasət Heyəti tərkibinə daxil edilmiş,daha sonra Zaqafqaziya Federasiyasının (ZSFSR) İttifaq Sovetinin həmsədri seçilmişdir. Həmin ilin dekabrında isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri olmuşdur.

Nəriman Nərimanov 1925-ci il martın 19-da vəfat etmiş və Moskvada Qızıl Meydanda dəfn edilmişdir.

     1972-ci ildə Bakıda N.Nərimanovun əzəmətli heykəli ucaldılmışdır (müəllif Cabbar Qaryağdı).

Onun adı həm Azərbaycanda, həm də respublika hüdudlarından kənarda bir çox obyektlərə verilərək əbədiləşdirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış xatirə muzeyi də bu qəbildəndir. 

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı
XƏBƏRLƏR
Mayın 3-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə Beynəlxalq Muzeylər Şurasının (ICOM) nümayəndələrİ İlə görüş keçİrİLİB.
04/05/2026
Görüşdə ICOM-un vitse-prezidenti Nasir Aldarmaki, ICOM-un Nepal nümayəndəliyinin sədri Rameş Prasad Duvadi və digər xarici və yerli ICO...
Ətraflı