Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Beynəlxalq Muzeylər Şurasının prezidenti Suay Aksoy: “Nəinki Bakıda, bütün ölkənizdə mədəni səfərbərlik var və buna heyran oldum”

Beynəlxalq Muzeylər Şurasının (ICOM) prezidenti Suay Aksoy Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikovaya məktub ünvanlayıb. O, öz məktubunda oktyabrın 10-12-də Azərbaycan Xalça Muzeyində keçirilmiş Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrinin (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfransı haqqında xoş sözlərini ifadə edib.
Xalça Muzeyi tərəfindən ölkəmizə dəvətinə və buradakı qonaqpərvərliyə görə muzeyin direktoruna öz təşəkkürünü bildirən Suay Aksoy, həmçinin Azərbaycan muzeyləri və irsi haqqında dərin anlayışa sahib olmağına imkan yaratdığı üçün Şirin Məlikovaya təşəkkür edib.
“Mədəniyyət naziri, Heydər Əliyev Fondu, "İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruğunun rəsmiləri və Bakını qlobal mədəniyyət mərkəzinə çevirməkdə əməyi olan insanlar ilə məhsuldar söhbətlərimin nəticəsində belə qənaətə gəldim ki, nəinki Bakıda, bütün ölkənizdə mövcud mədəni səfərbərlik var və buna heyran oldum” – deyə o, öz məktubunda vurğulayıb. 
Ölkəmizdə müvafiq qurumların qabaqcıl texnologiyaları və təşkilati imkanları ilə təchiz olunmuş yeni konfrans zalları və incəsənət mərkəzlərinin yaddaşında olduqca müsbət bir iz qoyduğunu diqqətə çatdıran İCOM-un prezidenti bunu ICOM İcra Şurasına təqdim edəcəyi hesabatda da qeyd edəcəyini bildirib. “Bunlar Bakını əsas tədbirlər üçün potensial məkan kimi qiymətləndirməyə əsas verir. Muzeyinizdə və doğma Bakıda keçirilən "DEMHIST-ICDAD-2018" konfransının gözəl təşkili üçün təşəkkür edirəm” – deyə Suay Aksoy qeyd edib.

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı