Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Səməd Vurğunun Ev Muzeyi

Azərbaycanın  ilk  xalq  şairi, görkəmli  dramaturq, ictimai  xadim  Səməd   Vurğunun  (1906 – 1956)  Ev   Muzeyi   ümummilli   lider  Heydər  Əliyevin  təşəbbüsü   ilə   1975 – ci   il oktyabr  ayının  6 – da  acılmışdır.

Muzey  XIX  əsrdə  inşa  edilmiş  yaşayış  binasının  III  mərtəbəsində  yerləşir. Səməd  Vurğun  ömrünün  son  illərini  bu  mənzildə  yaşamış, gərgin  yaradıcılıq  və  ictimai  fəaliyyətlə  məşgul  olmuşdur. Şairin  vətənində   Qazax rayonunun Yuxarı Salahlı  kəndində  muzeyin  filialı olan  “Poeziya  evi”  isə 1976 –cı ildən fəaliyyətədir.  Muzeyin  ekspozisiyası  5  otaq  və  dəhlizlərdən  ibarətdir. Muzeydəki  üç  otaq  -  şairin  qonaq  otağı,  iş  və  yataq  otaqları  olduğu  kimi  qorunub   saxlanılır.

Səməd  Vurğun  məşhur  şair  olmaqla  yanaşı, həm  də  açıqürəkli   insan, qonaqpərvər  ev  sahibi  idi. Otaqdakı  royalda  vaxtilə  Səməd  Vurğunun  əvvəlki  mənzilində  tez – tez  qonaq  olmuş  Azərbaycan  milli  operasının  banisi  Üzeyir  Hacıbəyov, eləcə  də  məhşur  bəstəkarlarımızdan  Q. Qarayev, F. Əmirov, S. Rüstəmov  öz  əsərlərini  ifa  etmişlər.

Qonaq  otağında   həmçinin  1944 – cü  ildə  xalq  rəssamı  M. Abdullayev  tərəfindən  şairin  ilk   naturadan  çəkilmiş  portreti  nümayiş  etdirilir. Qiymətli  eksponatlar  arasında  bir  saat  da  var. Səməd  Vurğun  dünyasını  dəyişdiyi   zaman, 1956 – cı  il  mayın  27 – də  axşam  saat  8 : 30 – da  şairin  həyat  yoldaşı  Xavər  xanım  həmin  saatı  dayandırmışdır.

Şairin  iş  otaqında  hər  şey  sadə, hər  şey  adi . Yazı  stolu, stullar, kitab  şkafları.  Yazı  stolunun  üstündə  şairin  son  əlyazmaları, ömür  vəfa  etmədiyi  üçün  çəkə  bilmədiyi  papirosları, avtoqələmi, həyat  yoldaşı  ilə  övladlarının  birgə  çəkdirdikləri  fotoşəkil  və  şairin  ən  çox  sevdiyi  bənövşə  gülünün  rəmzi  kimi   kiçik  səbətdə  süni  bənövşə  qoyulmuşdur. “Vaqif” , “Fərhad  və  Şirin” , “İnsan” , “Aygün”  və  bir  çox  başqa  sənət  inciləri, məqalələr, çıxışlar  bir  zamanlar  bu  yazı  stolunun  arxasında  ərsəyə  gəlmişdir. Memorial  otaqlarından  sonuncusu   şairin  yataq  otağıdır.  Diqər  otağlarda  isə  Səməd Vurğunun,  xalq  yazıcısı  Yusif   Səmədoğlunun,   xalq  şairi  Vaqif  Səmədoğlunun   həyat  və  yaradıcılıqları, ictimai  fəaliyyətlərini əks  etdirən  ekspozisiya  yaradılmışdır.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı
XƏBƏRLƏR
Mayın 3-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə Beynəlxalq Muzeylər Şurasının (ICOM) nümayəndələrİ İlə görüş keçİrİLİB.
04/05/2026
Görüşdə ICOM-un vitse-prezidenti Nasir Aldarmaki, ICOM-un Nepal nümayəndəliyinin sədri Rameş Prasad Duvadi və digər xarici və yerli ICO...
Ətraflı