“Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 228 memarlıq və arxe
oloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur.
Arxeoloji Etnoqrafik Muzey Kompleksi
Arxeoloji Etnoqrafik Muzey Kompleksi Heydər Əliyev adına fondun təşəbbüsü və rəhbərliyi ilə Qala qoruğu ərazisində açıq səma altında yaradılıb. Bu ərazidə e.ə. III-II minilliklərə aid kurqanlar, arxeoloji abidələr, həmin dövrə aid olan yaşayış məskənləri, orta əsrlərə aid yaşayış və başqa memarlıq nümunələri və s. ilkin görünüşündə qurulub.
Qəsr-qala
Abidə kəndin ən qədim yaşayış ərazisində tikilmişdir. 2009- cu ildə Qala ətrafında başlayan arxeoloji qazıntılar zamanı qalanın X-XII əsrlərə aid olması subut edildi. Bizim dövrümüzə kimi Qalanın bir hissəsi və divar qalıqları gəlib çat
mışdır. 2011 -cu ildə Qəsr-qala H.Əliyev Fondu tərəfindən yenidən bərpa olundu. Bu ərazidə aşkarlanan təndir qalıqları, keramika qalıqları (boyalı və boyasız), dəmir alətlər, heyvan bağlamaq ücün dəliklər, aşkarlanan yaşayış məkanları insanların qala ətrafında kompleks şəkildə yaşamasından xəbər verir.
Qala Əntiq Əşyalar Muzeyi
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır. Qala Əntiq Əşyalar Muzeyində bu unikal toplunun yalnız 800 eksponatı nümayiş etdirilir.