Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

"SURAXANI" GƏMİ-MUZEYİ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Suraxanı" gəmisi  ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, dedveyti isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir.

Son dövrlər Gəmiçiliyin tərkibində neft təmizləyici stansiya qismində istismar edilən “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib.

Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı  təmir və yenidənqurma işləri həyata keçirilib. Bu məqsədlə ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodu, eləcə də “Xəzər ” MMC-nin insan və texniki  resursları səfərbər edilib.  Gəminin gövdə və digər hissələrində təmir və yenidənqurma işlərinə ümumilikdə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub.

“Suraxanı” tankerinin muzeyə çevrilməsi üçün Böyük Britaniya, Hollandiya, Türkiyə kimi gəmiçilik ənənələri olan ölkələrin bu sahədə böyük təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin  beynəlxalq standartlara cavab verməsi məqsədilə  100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib. 

Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Muzeyin ərazisində restoran da fəaliyyət göstərir. Restoranda milli mətbəx və dəniz məhsullarından hazırlanmış təamlardan dadmaq mümkündür.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə  Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın  keçmişi ilə  gələcəyi arasında körpü rolunu oynayır.

 

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı