Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Azərbaycan İstiqlal Muzeyi

Azərbaycan İstiqlal Muzeyi 1991-ci ildə  yaradılıb.  Muzeyin  yaranmasında əsas məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirməkdir.  Muzeydə 22000-dən artıq  eksponat qorunub saxlanılır.  Muzey 6 zaldan ibarətdir.

Azərbaycan Respublikasının Dövlət atributlarına, XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə aid materiallar I zalda yer alıb. Habelə ekspozisiyada 1918-ci ildə ölkəmizdə törədilən Mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətini tədqiq edən sənədlərin nümunələri, o dövrdə buraxılan poçt markaları, pul əskinazları nümayiş olunur. 

Muzeyin digər zallarında XX əsrin I yarısında Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatları, 1920-1950-ci illərdə törədilmiş repressiyalar, 1941-1945-ci illərdə azərbaycanlıların İkinci Dünya Müharibəsində iştirakı və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətinə ərazi iddiası ilə apardığı müharibə, ümumilikdə erməni terrorizmi barədə faktlar göstərilir. Muzeyin ekspozisiyasında XX əsrin sonunda Azərbaycan tarixinin səhifələrinə yazılmış 20 Yanvar, Xocalı faciəsi kimi dəhşətli hadisələr də öz əksini tapıb. Muzeyimizin VI zalı müasir dövrümüzə həsr olunub. Bu dövrdə Azərbaycanın iqtisadiyyatında, xarici siyasətində, ordu quruculuğunda, mədəniyyətində, idmanında inkişaf qeyd olunur. VI zalda müstəqil Azərbaycanın qurucusu – Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətləri əks olunub. Xüsusilə Azərbaycanın mədəni həyatında Heydər Əliyev Fondunun rolu qeyd olunur. 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazimizin tutulmuş 20%-də  yerləşən 22 muzey dağıdılıb, nadir eksponatlar itirilib. Cəbrayıl tarix-diyarşünaslıq muzeyinin 18000 eksponatı muzeydə saxlanılır, onların bir qismi ekspozisiyada nümayiş olunur.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı
XƏBƏRLƏR
Mayın 3-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə Beynəlxalq Muzeylər Şurasının (ICOM) nümayəndələrİ İlə görüş keçİrİLİB.
04/05/2026
Görüşdə ICOM-un vitse-prezidenti Nasir Aldarmaki, ICOM-un Nepal nümayəndəliyinin sədri Rameş Prasad Duvadi və digər xarici və yerli ICO...
Ətraflı