Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Masalli Tarix- Diyarşünasliq Muzeyi

Tarix-diyarşünaslıq muzeyi 1963-cü ildən rayonun  tanınmış  ziyalısı Rəhim Kərim oğlu Tağıyevin şəxsi  təşəbbüsü ilə ictimai əsaslarla fəaliyyətə başlamışdır. Əvvəllər muzeyin əşyaları Hişkədərə kənd orta məktəbində nümayiş etdirilmişdir.  Muzey  15 il ictimai əsaslarla heç bir dövlət vəsaiti sərf edilmədən təmənasız fəaliyyət  göstərmiş,eksponatlara isə heç bir dövlət vəsaiti sərf olunmadan əldə edilmişdir.

1976-cı ildə Tarix- Diyarşünaslıq muzeyi üçün bina tikilmiş,1977-ci il avqustun 13-də Nazirlər Sovetinin 283 saylı əmrinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin   16 sentyabr 1977-ci il 299 nömrəli əmrinə əsasən  muzeyə dövlət   statusu verilmişdir. 1978-ci ildə Hişkədərə kəndində Masallı rayon tarix-diyarşünaslıq muzeyinin rəsmi açılışı olmuşdur

Muzeyimizin fondunda   bölgənin tarixini əks etrirən 7 mindən çox dəyərli eksponat  vardır.           Muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltaraşlıq,tətbiqi  incəsənət, arxeoloqiya, numizmatika,etnoqrafiya,fotoşəkillər,sənədlər bölməsindən ibarətdir.

Muzeydə toplanan zəngin material demək olar ki, bütün tarixi mərhələləri  dolğun əks etdirir. Tarixin müxtəlif dövrlərinə aid  arxeoloji tapıntılar,məişət əşyaları,əmək alətləri,zinət bəzək əşyaları,silahlar,milli geyim nümunələri,tarixi sənədlər,insanların  həyat tərzni və məşğuliyyətini, Masallının bu gününü və inkişaf perspektivlərini dolğun və hərtərəfli şəkildə əks etdirirlər. Muzey yarandığı gündən bu günə kimi qonaqların ürək sözləri 17 rəy kitabında cəmlənib.  Masallı Tarix –Diyarşünaslıq muzeyi 2005-çi ilin oktyabırından Rəhim müəlllimin adını daşıyır.  Respublikada muzeylərin yenidən qurulması sahəsində aparılan geniş tədbirlər nəticəsində Masallı tarix-diyarşünaslıq muzeyi  uçun müasir tələblərə cavab verən yeni bina inşa edilib.

Hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının 2013-il sentyabırında   Masallı rayon Tarix-Diyarşünaslıq muzeyin tikilməsi üçün sərəncam vermişdir. Hörmətli Prezidentimizin, sayəsində rayonun tarixinin  qorunması və təbliği üçün yaratdığı belə bir şəraitə görə minnətdarlıgımızı bildiririk.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı
XƏBƏRLƏR
Mayın 3-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə Beynəlxalq Muzeylər Şurasının (ICOM) nümayəndələrİ İlə görüş keçİrİLİB.
04/05/2026
Görüşdə ICOM-un vitse-prezidenti Nasir Aldarmaki, ICOM-un Nepal nümayəndəliyinin sədri Rameş Prasad Duvadi və digər xarici və yerli ICO...
Ətraflı