Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Cəlil Məmmədquluzadənin Ev-Muzeyi

Ev muzeyi Azərbaycanda öz xalqının ictimai fikrinin formalaşması tarixində mühüm xidmətləri olmuş, görkəmli yazıçı, dramaturq, böyük demokrat, xalq müəllimi, ictimai xadim, publisist, Şərqdə ilk satirik jurnal – "Molla Nəsrəddin"-in yaradıcısı və bununla Azərbaycanda mollanəsrəddinçilik ədəbi məktəbinin əsasını qoymuş C.Məmmədquluzadənin həyat və fəaliyyəti ilə tanış edir.

Muzey - ədibin ömrünün son illərini (1922 – 1932) yaşayıb yaratdığı S.Tağızadə küçəsi 56 ünvanında ( tarixi ünvanı : Köhnə Poçt küç.64) yerləşən binanın üçüncü mərtəbəsində , 26 nömrəli mənzildə yerləşir. Ümumi sahəsi 185 kv.m. olan muzeyin  ekspozisiya sahəsi 96 kv.m  olan 5 otaqda yerləşir. Otaqlardan üçünün  ( ikinci, üçüncü  və beşinci) ekspozisiyası  tarixi -  memorial əhəmiyyətinə müvafiq olaraq tərtib edilmişdir.

Birinci otaqda  əks olunan sənədlər və fotolar,  ədibin gəncliyi, təhsil illəri , müəlimlik fəaliyyəti, ədəbi fəaliyyətinin ilk dövrü, Naxçıvan mühiti , ilk  Teatr yaradıcılığı haqqında məlumat verilir. Ədibin yaşadığı dövr və mühitə uyğunlaşdırılmış ikinci otaqda qədim mebel dəsti , məişət və ev əşyaları dolğun təəssürat yaradır. Otaqda həmçinin ədibin nəsr yaradıcılığı və ilk jurnalistik fəaliyyəti haqqında materiallar yerləşdirilmişdir.

Üçüncü otaqda qoyulmuş əşyalar ,foto və sənədlər ədibin  ailəsi  haqqında daha ətraflı məlumat verməyə imkan yaradır: - Çarpayı , qarderob şkafı , bəzək stolu , xalılar , ailə şəkilləri və s.

Dördüncü otaqda yerləşdirilmiş materiallar ( tarixi sənədlər, fotolar , çap məhsulları , tarixi "Molla Nəsrəddin"  jurnalının orijinalları ) ədibin jurnalistika fəaliyyəti , mollanəsrəddinçi qələm dostları , bütövlükdə Azərbaycanın jurnalistika tarixi haqqında geniş məlumat verir. Bu otaqda həm də ədibin dramaturgiya fəaliyyətini əks etdirən,  müəllifinə  ədəbi şöhrət gətirmiş: “Ölülər” , “Dəli yığıncağı “ , “Anamın kitabı “ dramları və bir sıra povest və hekayələri  (“Danabaş kəndinin  əhvalatları “ , “Kamança” , “Qurbvanəli bəy “ və s.) haqqında materiallar. həmçinin "Molla Nəsrəddin"  jurnalının Təbriz nəşrləri  , ədibin mollanəsrəddinçi qələmdaşlarından Ö.F.Nemanzadə , M.Ə.Sabir , Ə.Haqverdiyev , Ə.Qəmküsar , Ə.Nəzmi , M.Sidqi haqqında materiallar və "Molla Nəsrəddin" in müxtəlif illərdə nəşr olunmuş nömrələrindən nümunələr   yerləşdirilmişdir.

Sonuncu – beşinci otaq ədibin iş otağıdır.  Tarixən "Molla Nəsrəddin" jurnalının redaksiya otağı (1922 – 1932) olmuşdur. Burada ədibə məxsus iş masası,

yazı ləvazimatları , "Molla Nəsrəddin" jurnalının birinci il ( 7 aprel 1906 ) nəşrinin orijinalları göstərilir.  Otaqda ədibin kitab şkafı , divar saatı  və digər əşyalar qoyulmuşdur. Divarda, yerləşdirilmiş  xəritə   "Molla Nəsrəddin" jurnalının yayılma troyektoriyasını geniş  əks etdirir.

Bu otaqda ədibin həyat və yaradıcılığını tədqiq etmiş alimlər haqqında da geniş informasiya verən sənədlər və fotolar yerləşdirilmişdir. C. Məmmədquluzadənin 125 illik yubiley ilində,  1994 – cü ilin  28 dekabr tarixində  ölkə prezidenti Heydər Əliyev muzeyin ekspozisiyasının açılışında iştirak etmiş , muzey əməkdaşlarına uğurlar və xoş arzularını bildirmişdir.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı
XƏBƏRLƏR
Mayın 3-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə Beynəlxalq Muzeylər Şurasının (ICOM) nümayəndələrİ İlə görüş keçİrİLİB.
04/05/2026
Görüşdə ICOM-un vitse-prezidenti Nasir Aldarmaki, ICOM-un Nepal nümayəndəliyinin sədri Rameş Prasad Duvadi və digər xarici və yerli ICO...
Ətraflı