Astara Tarix – Diyarşünaslıq Muzeyi Azərbaycan SSRİ – nin Nazirlər kabinetinin 4 yanvar 1980 – ci il tarixli qərarına əsasən yaradılmışdır. Azərbaycanda Muzey işinin canlandırılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
1980 – ci ildə bilavasitə H.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Respublikamızda muzey işinə dair qərar və rayonlarda Tarix – Diyarşünaslıq Muzeylərinin yaradlımasında bu qərarda öz əksini tapmışdır. 1980, 1982 – ci illərdə 30 –a dək yeni Tarix – Diyarşünaslıq Muzeyləri yaradılmışdır ki, bunların da içərisində Astara Tarix – Diyarşünaslıq Muzeyi vardır.
Muzey bir Ekspozisiya şöbəsindən və fonddan ibarətdir. Bu ekspozisiya altı zalda yerləşdirilməklə aşağıdakı bölmələrdən ibarətdir.
- Təbiət və orta əsrlər bölməsi.
- Milli mədəniyyət və etnoqrafiya, “ İnqilab “ bölməsi
- Müharibə və müasir həyat bölməsi
Muzeyin əsas fondunda 7755 ədəd eksponat daxil edilmişdir ki, bunların 2004 ədədi muzeyin ekspozisiyasında nümayiş etdirilir. 5751 ədəd eksponat isə muzeyin fondunda mühafizə olunur. Muzeydə olan eksponatlar əsas 8 adda kolleksiyalara ayrılmışdır.
Kolleksiya aşağıdakı formada ayrılmışdır.
- Arxelogiya
- Nəqqaşlıq
- Məişət və etnoqrafiya
- Heykəltaraşlıq
- Tətbiqi incəsənət
- Fotoqrafiya
- Sənədlər
- Sairələr
Muzeyin fond əsasən arxeloji qazıntılar zamanı rayonumuzun arasında tapılmış tarixi eksponatlarla zənginləşdirilmişdir.