Qusar rayon Tarix – Diyarşünaslıq muzeyi 19
80 –ci ildə milli lider H. Əliyevin respublikaya rəhbərliyi dövründə rayonlarda muzeylər yaratmaq haqqda sərəncamına uyğun olaraq yaradılmışdır.
Geniş əhalinin ,rayon ziyalılarının yaxından köməyi ilə eksponatlar toplanaraq rayon mədəniyyət evinin bir otağında fəaliyyətə başlamışdır. 1982 –ci ildə təyinatı üzrə tikilmiş hal-hazırkı yerləşdiyi həmin bu binaya köçmüşdür. Bu günə kimi 3600-dən (üç min altı yüz) artıq eksponat toplanmışdır.
Qədim daş dövründən, müasir dövrümüzə kimi eksponatlar həm sərgidə, həm də iki fondda cəmləşmişdir. Muzey 1 foye və 4 zaldan ibarətdir. Ekspozisiya sahəsi 256 kv.m-dir. Ekspozisiyada təqdim olunan eksponatların sayı 638-dir.
Muzeyin işçi heyəti 8 nəfərdən ibarətdir. Onlardan üçü ali təhsilli, biri orta ixtisas təhsilli, dördü isə ümumi orta təhsillidir.