Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

AZƏRBAYCAN XALÇA MUZEYI: XOVLU XALÇALAR

Azərbaycan Xalça Muzeyinin ekspozisiyanın ikinci mərtəbəsində xovlu xalçalar təqdim olunub. Alim və xalçaçı rəssam Lətif Kərimovun verdiyi təsnifata uyğun olaraq, bu xalçalar qruplara bölünür. Ekspozisiyada Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz xalça qruplarını görmək mümkündür.

Burada təqdim olunmuş “Əjdahalı” və “Səlyan Xiləsi” xalçaları 2013-cü ildə amerikalı kolleksiyaçı Qrover Şiltsin vəsiyyəti əsasında muzeyə hədiyyə verilmişdir. XVII əsrə aid “Əjdahalı” xalçası muzey kolleksiyasının ən qədim və unikal əsəridir.

Qarabağın böyük ölçülü “Dəst-xalı-qəbə” xalça dəstləri ev sahibinin yüksək statusunu vurğulayır. Təbriz xalçaları hər biri bütöv bir hekayə söyləyən unikal süjetləri ilə məşhurdur.

Ziyarətçilər Azərbaycanın müxtəlif bölgələri üçün səciyyəvi olan milli geyim, nəfis bədii tikmə nümunələri və gündəlik məişətdə geniş istifadə olunan mis məmulatları ilə tanış ola bilərlər.

Azərbaycanın xalq sənətində tez-tez rast gəlinən motivlər müəyyən mənaya malikdir. Ekspozisiya buta, əjdaha, həyat ağacı kimi elementlərin, müxtəlif formalı xaçların semantikasını və mənşəyini, islam simvollarının mənasını öyrənməyə imkan yaradır. Ornamet üslublarının zəngin müxtəlifliyi onların coğrafi yerləşməsinə uyğun təqdim olunub.

Beynəlxalq tədbirlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbirlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı