Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

“Muzeylərdə kolleksİyaların toplanması sİyasətİnİn dəyİşdİrİlməsİ: lİderlİk və sosİal məsulİyyət zərurətİ” adlı beynəlxalq konfrans öz İşİnİ uğurla başa çatdırıb

13-15 oktyabr tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Muzey İdarəçiliyi (INTERCOM) və Etnoqrafiya Muzeyləri və Kolleksiyaları (ICME) üzrə beynəlxalq komitələrinin birgə əməkdaşlığı ilə “Muzeylərdə kolleksiyaların toplanması siyasətinin dəyişdirilməsi: liderlik və sosial məsuliyyət zərurəti” adlı beynəlxalq konfrans öz işini uğurla başa çatdırıb.
Hibrid formatda (canlı və onlayn iştirak) keçirilən konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə baş tutub. Konfransda əyani olaraq dünyanın bir sıra ölkərindən (Azərbaycan, Rusiya, Sloveniya, Xorvatiya, Almaniya, Rumıniya, Niderland) 10 mütəxəssis, o cümlədən beynəlxalq komitələrin sədrləri iştirak edib.
Üç gün davam edən konfransda “Muzeylərin dekolonizasiyası: mədəni dəyərlərin tarixi vətənlərinə qaytarılması və müstəmləkəçilik dövrünün neqativ nəticələrinin aradan qaldırılması”, “Muzeylər və etnoturizm” və “Müasir dövrdə muzey idarəçiliyi” mövzuları üzrə 20 məruzəçi çıxış edib.
Konfrans çərçivəsində qonaqlar üçün maraqlı mədəni proqram təşkil olunub. Azərbaycan Milli Xalça Muzeyi ilə yanaşı, onlar YARAT Müasir İncəsənət Məkanı, “İçərişəhər” Muzey Mərkəzi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi. Milli Azərbaycan Tarixi Muzeyi. Müasir İncəsənət Muzeyi və Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər.

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı