Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Bizim missiyamız

ICOM Azərbaycan komitənin fərdi və kollektiv üzvləri ilə böyük işlər görür: ICOM –un və digər muzey təşkilatlarının təşkil etdiyi bütün beynəlxalq tədbirlər haqqında mütəmadi məlumat verir, öz üzvləri üçün beynəlxalq simpoziumlar, konfranslar, ICOM Milli Komitəsinin sessiyaları, muzey işinin istiqamətləri üzrə seminarlar keçirir, ICOM-un Baş konfransları, muzey və turistik yarmarkalarında iştirak üçün nümayəndə heyətlərini göndərir, konsultativ və metodik yardım göstərir. Azərbaycan muzeyləri öz vəzifələrinin yerinə yetirməsində yeni prinsipal mövqe tutur. Muzeylər yeni iş formalarını öyrənirlər, ictimai şüurda muzeyin obyektiv obrazını formalaşdıraraq muzey sənətinin prestijini qaldırırlar. Muzeylər ölkənin ictimai və mədəni həyatında onların rolunun dəfələrlə artdığını təcrübədə sübut edirlər.

Bu bir dünya tendensiyasıdır və Azərbaycan muzeyləri də həmin istiqamətdə işləyir. Muzeylər öz regionlarında mədəniyyət mərkəzlərinə çevrilirlər. Azərbaycan muzeyləri milli dəyərlərin qorunması işinə xidmət edərək, böyüməkdə olan nəslin və ümümilikdə bütün cəmiyyəti tərbiyə edərək, maarifləndirmə fəaliyyətini inkişaf etdirərək, qabaqcıl texnologiyaları tətbiq edərək beynəlxalq muzey hərəkatında mühüm rol oynayırlar.

Beynəlxalq tədbirlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbirlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı