Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Məruzə tezislərinin qəbulu

Dekorativ sənət və interyer

Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD) və Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələrin (DEMHIST) birgə konfransı

Bakı, Azərbaycan

10-12 oktyabr 2018

Məruzələr üçün mövzular

İnteryerdə tekstil:

  • Xalçalarda süjetli mövzular: tarix və müasirlik
  • Xalq motivləri və dekorativ sənət/interyer dizaynı
  • XVIII-XX əsrlərin masaüstü tekstil bəzəkləri
  • Tekstil tarixi hadisələrin şahidi kimi
  • “Danışan” tekstil (məsələn: hərəkətli və stasionar divarlar üçün olan qobelenlər haqqında)
  • Keçmişin yenidən qurulması: keçmişi aşkarlayan tekstil (məsələn: DNT analizi və bərpa prosesi ötən hadisələri meydana çıxarır)
  • Tekstil sosial münasibət və sıx əlaqələri gücləndirən vasitə kimi

 

İnteryer dizaynı və identikliyin ifadəsi:

  • Gündəlik həyat və ya rəsmi interyer/dekorativ sənət: evdə şəxsi və ümumi məkanın yaradılması
  • Bayram tədbirləri və dini mərasimlər üçün interyer − bəzək əşyaları və ya dizayn?
  • Əşyalar, xatirələr və individuallıq
  • Əşyaların özünəməxsusluğu: sənətkarlıq və dizayn arasındakı əlaqə
  • Mütəxəssislər-praktiklər: interyer tərtibatçısı, dizayner, memar
  • Evin modernləşdirilməsi: konsepsiyalar və alternativlər

 

İnteryer və autentiklik:

  • Tarixin qorunub saxlanması: tarixi interyer tərtibatının yenidən qurulması  (konservasiya və ya bərpa?)
  • Şəxsi ev və ya ev-muzeyi: tarix və (dekorativ) sənət və ya ictimai idarəetmə və kommunikasiya  
  • Əşyalar və memarlığın autentikliyi
  • Evlər - XX əsrin “zaman kapsulu”

 

Metal məmulatları və zərgərlik əşyaları:

  • Avropada qiymətləndirilən və surətləri çıxarılan orta əsrlərə aid Şərq metal məmulatları; dəbdəbəli əşyalar;  XX əsr evlərində nə “qiymətli”  hesab edilirdi?
  • İçki üçün ritual qablar: çay və kofe dəstləri, kokteyl mədəniyyəti və s.
  • Toy hədiyyələri/yeni evin qurulması: zamanla baş verən dəyişikliklər, əsas tələb olunan əşyalar və arzu edilən hədiyyələr

 

Məruzələrin tezislərinin təqdim edilməsi üçün son tarix - 15 iyul 2018

Faylın formatı - Word document (.doc or .docx)

e-poçt: icom.azerbaijan.secretariat@gmail.com

Məruzənin qəbuluna dair bildiriş e-poçt vasitəsilə 1 avqust 2018-ci il tarixində göndəriləcək

Hər məruzəçidən tezisə 100 sözdən ibarət tərcümeyi-halını əlavə etməsi xahiş olunur.

Beynəlxalq tədbirlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbirlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı