Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Dünyanın ən uzun mədənİyyət gecəsİ gerİ qayıdır Muzeydə gecə 2022 (Muzeylərİn gücü)

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən hər il keçirilən Beynəlxalq muzeylər günü çərçivəsində May ayının 18-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində tamaşaçılara müxtəlif multimedia layihələri təqdim ediləcək.
 
Builki Beynəlxalq Muzeylər Günü muzeylərin potensialını üç əsas istiqamətdə -dayanıqlı inkişaf, rəqəmsallaşdırma və əlçatanalıqda innovasiyaların gücü, təhsil vasitəsilə icma qurmağı hədəfləyir. Muzeylər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində aparıcı rola malik fiqurlar kimi müxtəlif məqsədlərə, o cümlədən sosialyönümlü iqtisadiyyatın inkişafı və ekoloji problemlər barədə elmi məlumatların yayılmasına öz töhfələrini verirlər.
 
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2 illik fasilədən sonra ənənəvi beynəlxalq “Muzeydə Gecə” aksiyası geri qayıdaraq yeni reallıq və rəqəmsal texnologiyalar formatında baş tutacaq. Fərhad Fərzəliyev, Günel Ravilova, Lyudmila Kristeseva və digər müəlliflərin multimedia instalyasiyaları, rəqəmsal layihələri, davamlı inkişaf və gender mövzularında əsərləri təqdim ediləcək.
 
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə muzeydə ilk dəfə açıq səma altında Bakı Kamera Orkestrinin konserti keçiriləcək. Həmçinin muzeyin zəngin kolleksiyasından seçilmiş eksponatlar əsasında Xalq rəssamı Səttar Bəhlulzadənin sehrli dünyasının bütövlükdə instalyasiyaya çevrildiyi proqram şəhərimizin sakinləri və qonaqlara təqdim ediləcək.   
 
Müasir texnologiyaların imkanları geniş auditoriya tərəfindən muzey eksponatlarının öyrənilməsini daha qeyri-adi və maraqlı edir.  Bununla əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyi ölkəmizin ən aparıcı muzeylərindən biri olaraq ictimaiyyəti tarixin müxtəlif dövrlərini əks etdirən zəngin muzey kolleksiyasına ən yeni multimedia texnologiyaları, müasir forma və innovativ konseptlər vasitəsi ilə maraqlı bir gecəyə səyahətə dəvət edir.

Hər kəsə həyatı boyu öyrənmək və yeniliklərlə tanış olmaq imkanı yaradan muzeylər intellektual vətəndaş cəmiyyətinin formalaşmasına kömək edir.

Layihənin əsas tərəfdaşı İsveçin Azərbaycandakı Səfirliyidir.
“Muzeydə gecə-2022” multimedia layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin onlayn platforması olan museum.az-da işıqlandırılacaq.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı