ƏSMƏR VİDADİ QIZI BABAYEVA
FƏLSƏFƏ DOKTORU, DOSENT, SƏNƏTŞÜNAS
Əsmər Vidadi qızı Babayeva 1975-ci il 15 aprel tarixində Bakı şəhərində anadan olub. Gənc yaşlarında (1992-1993) Prezident yanında Dövlət İdrəçilik Akademiyasında biznes məktəbi üzrə təhsil alıb. 1992-1997-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq ixtisası üzrə yüksək dərəcə ilə məzun oldu. 2007-2009 cu illərdə Milli Elmlər Akademiyasının dissertant kimi elmi işinin üzərində çalışmışdı. 2009-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru adı alıb. 2017-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosent vəzifəsinə laiq görülüb. 2012-2014 cü illərdə Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı çərçivəsində Aİ tamamlama sertifikatı əldə etmişdir. İngilis, Rus, Türk dillərinə mükəmməl yiyələnməsi həmçinin bu dillərdə səlis çıxışları həm təhsil, həm də peşə faliyyətinə uğurlu yol açmışdır.
1999-cu ildən bu günədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim (Dosent) fəaliyyətini davam etdirir. Bakalavr və magistr pillələri üzrə 30 yaxın fənnlər üzrə dərs tədris edmişdi. Həmiçinin 2015- 2021 illərində Sabah qruplarının rəhbərlik vəzivəsində çalışıb. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sabah layihəsi çərcivəsində, Londonda, Böyük Britaniyada yerləşən Uvels Şahzadə adına Ənənəvi İncəsənət Məktəbi, İçəriçəhər Tarix –Memarlıq Qoruğu ilə birgə beynalxalq tədris programı). Bundan başqa 2010-2012 ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun Elm-Mədəni Mərkəzində Mədəniyyət-kütləvi tədbirlər üzrə baş mütəxəssis, mədəniyyət məsələləri üzrə ekspert vəzifəsində çalışmış, İçərişəhər Tarix Muzeyinin Ekspert Müvəkkili, Şirvanşahlar sarayının Muzey Kompleksinin Ekspert Müvəkkili kimi fəaliyyət görsətmişdi. Bu vəzifədə Əsmər Babayeva müxtəlif tədbirlər, sərgilər, sosial-mədəni layihələr, xeyriyyə proqramları həyata keçirilməsi, yerli və xarici mütəxəssislər, tələbələr, qonaqlar və s. üçün tədris səfərlərinin, ekskursiyaların və digər turların təşkili məsələlərində fəal iştirak etmişdir. 2012-2016 cı illərdə İçəri Şəhər Ənənəvi İncəsənət mərkəzində baş kordinator vəzifəsinə yönəlmişdir. Burada Uvels Şahzadə adına Ənənəvi İncəsənət Məktəbinin Azərbacanda beynalxalq layihənin kordinasiyasında, maarifləndirici proqramların hazırlanmasında koordinasiya etmişdir. Həmçinin yerli Dastan brendinin yaradılması üçün uğurlu addımlar atmış, bu çərçivədə yeni kolleksiyaların (Şirvanşahlar, Qarabağ) yaradılmasına rəhbərlik eləmişdi. 2016-2020 ci illər ərzində “ARTSTAQ” Beynəlxalq Ekspertlər Qrupunun üzvü olmuşdur. 2017-ci ildə Azərbaycanda ilk tekstil firması olan “ZADAGAN HOME” brendinin yaradıcı direktorudur. 2016-cı ilə sentyabr ayında “Asmart creative hub” yaradıcılıq mərkəzini təsis etmişdir. Bu mərkəzdə onun əsas məqsədi mədəni və yaradıcı Sənayelərə yönəlmək, təcrübə mübadiləsi üçün sağlam mühitin təmin edilməsi, seminarların təşkili və gənc rəssamlar, sənətkarlar, dizaynerlər, sənət mütəxəssisləri və sənətə həvəsi olan insanlar üçün yaradıcılıq məkanı ilə təmin etmək idi. Asmart creative hub bu günədək ölkəmizdə əsas olan bir çox layihələrə imza atmaqda rol oynamışdır. 2021-ci ildə Əsmər Babayeva “Azərxalça” ASC də Kreativ Direktor/İdarə Heyətinin Üzvü vəzifəsinə təyin edilmişdir. Həmçinin 2021-ci il onun bir digər böyük uğuru Pirşah camps village mərkəzinin yaranması oldu. Pirşah sosial baxımdan işə ehtiyacı olub, əmək qabiliyyəti olmayan evdar xanımların bir arada çalışdığı məkandır. Əsmər Babayeva bu mərkəzin həm təsisçisi, həm də baş kordinatorudur. Şamaxı şəhərində Heydər Əliyev Fondunun təşşəbüsi ilə Yaradıçılıq Mərkəzinin yaradılması prosesində koordinasiyanı təmin edirdi.
Əsmər Babayeva yaradıcı sənayelər sahəsində beynəlxalq ekspert, bir çox beynəlxalq layihələrin iştirakçısıdır, o cümlədən Şərqi Avropa Tərəfdaşlığı, Avropa İttifaqı, Isesco, Erasmus və s. layihələrində qonaq mühazirəçi və ekspert kimi çıxış edir. Bir neçə kitabın və bir çox elmi məqalənin, həmçinin müxtəlif proqramlar üçün xüsusi məruzələrin müəllifidir. Bakalavr və magistratura üzrə kurikulum vəsaiti, Kitabların dövri nəşrdə nəşri, incəsənətin aktual mövzusuna dair elmi məqalələr, Azərbaycanda müxtəlif layihələr çərçivəsində yerli tələbələr üçün PSTA (The Prince's School of Traditional Arts, London, BG) tərəfindən hazırlanmış dərsliklərin nəşri, Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı Regional Monitorinq və Potensialın Gücləndirilməsi Bölməsi (RMCBU) çərçivəsində hesabat. Həmçinin RMCBU Layihəsi HYDEA S.p.A. (İtaliya) və RWTH Universiteti ilə əməkdaşlıqda Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH-nin rəhbərlik etdiyi Konsorsium tərəfindən həyata keçirmişdir(Almaniya)
Həm ölkəmizdə, həmdə xarici dövlətlərdə konfraslarda çıxış etmiş, Azərbaycan incəsənətini layiqincə təqdim etmişdir. Bunlarla yanaşı həmçinin incəsənətə dair bir neçə nəşrlərin müəllifidir
Peşə fəaliyyəti dövründə bir çox Peşəkar Assosiasiyalara üzv olmuşdur. ALOV İncəsənət Tədbirləri və Rəssamlar Layihəsi - Qurucu və aparıcı komandanın üzvü, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi - Təcrübəçi namizədlərin seçilməsi üzrə münsiflər heyətinin üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - t.ü.f.d. diplom müdafiə komissiyası üzvü, İçərişəhər Tarixi Muzeyi - ekspert komissiyasının üzvü, Şirvanşahlar Sarayının Muzey Kompleksi - Ekspert komissiyasının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sabah qrupları - Namizədlərin seçilməsində münsiflər heyətinin üzvü, Azərbaycanın 100 İş Qadını platforması -üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəniyyət üzrə İctimai Şura – üzvü, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası – ekspert üzvü. 2024 cü ildən ICOM Azərbaycan Milli Komitəsinin sədridir.
1. 58-ci Brüssel Əntiq və İncəsənət Sərgilərində iştirak (19-27 yanvar 2012 - Brüssel, Belçika)
2. Cultural Management Workshop (CMW) British Council-da iştirak (Bakı, 2012) (Diplom)
3. Aİ-Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramında iştirak (noyabr 2012 - Bakı)
4. Aİ-Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramında, Regional Monitorinq və Potensialın Gücləndirilməsi Bölməsində, Mədəniyyət Siyasəti Mübadilə seminarında iştirak 2013
5. Aİ-Şərq Tərəfdaşlığı Mədəniyyət Nazirləri Konfransında iştirak (27-28 iyun 2013-cü il - Tbilisi)
6. Aİ-Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramında (RMCBU) iştirak: Mədəniyyət Siyasəti Mübadilə Seminarı (2014, Minsk)
7. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak (2013 - Bakı, Azərbaycan)
8. Mədəniyyət, tanışlıq səfəri və koordinasiya görüşü üçün Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Platforması (27-28 fevral 2014-cü il - Brüssel, Belçika)
9. İştirak 1, 2-ci Beynəlxalq SHE Konqresi 06 2017 (panel çıxışı), 06 2018, Bakı, Azərbaycan. Mədəniyyət menecerləri və kuratorlar üçün Goethe İnstitutu tərəfindən təhsil turu dəstəyi. Berlin, oktyabr 2015
10. Üçüncü Təbriz Beynəlxalq İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Festivalında iştirak 4-6 may 2017-ci il, Təbriz, İran, Sənədlərin təqdimatı, panel sessiyasının sədri