Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Nasİr Al Darmakİ: Bakı beynəlxalq mədənİ dİAloq və xalça İrsİnİn təqdİmatı üçün mühüm məkandır

Azərbaycan tarixlə nəfəs alan bir ölkə, Bakı isə tarixlə yaşayan bir şəhərdir. Bu gün burada olmaq və həm Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti, həm də BƏƏ üzrə ICOM-un sədri kimi iştirak etmək mənim üçün böyük qürurdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ICOM-un vitse-prezidenti və BƏƏ üzrə ICOM-un sədri Nasir Al Darmaki bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən bu mühüm xalça festivalı 10-dan çox ölkədən peşəkarları, rəssamları və sənətkarları bir araya gətirir.

“Mənim iştirakım əsasən sənətkarların işlərinin muzey fəaliyyətinə inteqrasiyası məsələsini əhatə edir. Muzeylərdə dəyərli kolleksiyalar nümayiş olunur və onların gələcək nəsillər üçün qorunması çox vacibdir. Eyni zamanda, sənətkarların özlərinin, onların texnikalarının və müxtəlif ölkələrdən gətirilən sənət elementlərinin qiymətləndirilməsi də mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

Nasir Al Darmaki vurğulayıb ki, bu cür festival və forumlar müxtəlif sahələrin nümayəndələrini bir araya gətirən mühüm platformadır. Onun sözlərinə görə, forumun nəticəsi olaraq dəyərli nəşrlərin və elmi tədqiqatların hazırlanması gözlənilir. Bu isə muzey mütəxəssislərinə sənətkarların yaradıcılığının muzey mühitinə verdiyi töhfələri daha yaxşı anlamağa imkan verəcək.

O əlavə edib ki, belə tədbirlər sənətin yaranmasından başlayaraq muzey kolleksiyalarına daxil edilməsi və qlobal bazara çıxarılması kimi bütün mərhələləri əhatə edir.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı
ICOM AZƏRBAYCAN
Yanvarın 23-də Azərbaycan Mİllİ İncəsənət Muzeyİndə “Altmışıncılar nəslİ: konformİzmdən uzaq Azərbaycan İncəsənətİ” adlı yenİ daİmİ ekspozİsİyanın açılışı baş tutub.
28/01/2026
Yanvarın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “Altmışıncılar nəsli: konformizmdən uzaq Azərbaycan incəsənəti” adlı yeni daimi ekspoz...
Ətraflı