Noyabrın 27-də ICOM Azərbaycan Milli Komitəsinin üzvləri üçün Azərbaycan Milli İncəsənət Muzeyində xüsusi ekskursiya proqramı təşkil olunub.
Ekskursiya çərçivəsində qonaqlar dünyaca məşhur rəssam Dieqo Riveranın sosial və humanist ideyalarını təqdim edən əsərlərindən ibarət “Dieqo Rivera: Daha yaxşı gələcəyin vədi”, Azərbaycanın görkəmli non-konformist rəssamı Tofiq Cavadovun irsini ilk dəfə bütöv şəkildə nümayiş etdirən “Yarımçıq qalmış ömür” sərgiləri və Azərbaycanın minillik incəsənət tarixini müasir yanaşma ilə təqdim edən “Azərbaycan İncəsənət Xəzinəsi” adlı yeni daimi ekspozisiya ilə tanış olublar.
Ekskursiya qonaqlarda böyük maraq və xoş təəssürat yaradıb. Proqramın sonunda isə iştirakçılar üçün fuşert təşkil olunub.









