Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

ICOM-un haqqında

Muzeylərin Beynəlxalq Şurası (ICOM) 1946-cı ildə yaradılıb.

Bu gün keçmişin və gələcəyin maddi və qeyri-maddi, təbii və mədəni irsin qorunması və təbliğatı fəaliyyətini aparan muzeylər və muzey peşəkarlarını təmsil edən bir dünya təşkilatıdır.

ICOM-a 136 ölkədən 35000 üzv daxildir.

Bu muzey və irslərlə əlaqəli olan müxtəlif sahələrdə çalışan muzey peşəkarlarının vahid şəbəkəsidir. ICOM YUNESKO-da ali “A” kateqoriyalı və BMT-nin İqtisadi və sosial komitəsində məsləhətçi statusa malikdir.

ICOM, əsasən, komitə üzvlərinin ödənişi, YUNESKO, ICOM Fondu və yerli komitələrin dəstəyi ilə maliyyələşdirilir.

Beynəlxalq əməkdaşlığın əsas istiqamətləri

Öz fəaliyyətində ICOM YUNESKO ilə sıx bağlıdır və BMT-nin İqtisadi və sosial komitəsində məsləhətçi statusa malikdir. ICOM-un partnyorları sırasına Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT/WIPO), İnterpol, Mavi Qalxan Beynəlxalq Komitəsi və Ümumdünya Gömrük Təşkilatı da daxildir. Bu təşkilatlarla əməkdaşlıq cəmiyyətə xidmətdə ICOM-un beynəlxalq missiyanı həyata keçirməyə imkan verir. Xüsusilə mədəni sərvətlərin qeyri-qanuni daşınması ilə mübarizə və fövqəladə hallar zamanı risklərin idarə olunması, həmçinin, təbii fəlakət və texnogen qəzalar zamanı dünya irsinin mühafizəsinə hazırlıq bu missiyaya aiddir.

İntellektual mərkəz

ICOM mədəniyyətin təbliğatı və muzey fəaliyyətinin müxtəlif sahələrinə aid olan beynəlxalq profilli komitələrin işinə dəstək göstərir. Nəticələri bütün qitələrdə peşəkarlara əlçatan olan 30 komitədə dərin tədqiqatlar aparılır. ICOM bugün mədəni irs sahəsində dünyadakı muzeylərin üzləşdiyi müxtəlif problemlərin həlli üçün bütün peşəkarları mobilləşdirə bilir.

Muzey etikasının  kodeksi

Muzey fəaliyyətində normativ və peşə standartlarını müəyyən edən ICOM-un əsas sənədidir.

ICOM-un işçi dilləri – ingilis, fransız, ispan

Beynəlxalq tədbirlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbirlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı