Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM)  1-7 sentyabr tarixlərində Yaponiyanın Kiota şəhərində keçiriləcək 25-ci Baş Konfransında iştirak edəcəkdir

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM)  1-7 sentyabr tarixlərində Yaponiyanın Kiota şəhərində keçiriləcək 25-ci Baş Konfransında iştirak edəcəkdir
 
1−7 sentyabr  tarixlərində Yaponiyanın Kiota şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) növbəti 25-ci Baş Konfransı keçiriləcəkdir. 1948-ci ildən bəri hər üç ildən bir keçirilən  bu konfrans  beynəlxalq muzey ictimaiyyətini əhəmiyyətli bir mövzu ətrafında fikir mübadiləsi aparmaq uçün toplayır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır. 
Bu il “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin  gələcəyi” devizi altında keçiriləcək konfransda dünya ölkələrindən çox sayda muzey mütəxəssisləri iştirak edəcəkdir. ICOM Azərbaycan Milli Komitəsinin 19 üzvü, onlardan 14-ü iştirakçı və 5-i məruzə ilə konfransa qatılacaqdır.
Konfrans çərçivəsində gənc muzey mütəxəssisləri üçün keçiriləcək mentor sessiyalarından birini aparmaq üçün ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova xüsusi dəvət almışdır. Belə ki, o, konfransda məruzə ilə çıxışından başqa, eləcə də gənc muzey mütəxəssisləri ilə öz təcrübəsini bölüşmək üçün Muzey İdarəçiliyi mövzusunda sessiyanı aparacaqdır.
Konfransda ICOM Azərbaycan Milli Komitəsi ICOM-un İdarə Heyətinə üzv seçilmək üçün irəli sürdüyü namizəd, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova ilə seçkilərdə iştirak edəcəkdir.

 

Beynəlxalq tədbirlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbirlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı