Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞAL OLUNMUŞ AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏ TARİXİ VƏ MƏDƏNİ İRSİN QORUNMASI HAQDA BƏYANAT

Artıq otuz ilə yaxındır ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini  – Dağlıq Qarabağ və yeddi rayonun qanunsuz işğalını davam edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın hücumunu və Azərbaycan ərazilərinin işğalını pislədi və Ermənistanın təcavüzünə qarşı dörd qətnamə (822, 853, 874, 884) qəbul etməklə öz mövqeyini aydın və birmənalı olaraq ifadə etdi. Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyərək bütün hərbi əməliyyatların dayandırılmasını və işğalçı qüvvələrin bütün ərazilərdən birtərəfli qaydada çıxarılmasını tələb etdi. Buna baxmayaraq, Ermənistan yuxarıda qeyd olunmuş qətnamələrə əməl etmir və 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasını pozmaqda davam edir.
 
27 sentyabr tarixində səhər saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutub. Bu gün Ermənistan ordusu beynəlxalq humanitar hüququn müəyyən etdiyi tələbləri, o cümlədən Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq bilərəkdən Azərbaycanın Tərtər və Goranboy rayonlarında mülki əhalini hədəfə alır, mülki tikili və infrastrukturu, xəstəxanaları atəşə tutur.
 
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsi – yüz mindən çox əsərin saxlanıldığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən çox tarixi və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri,  (VII-XII əsrlər), Kəlbəcərdə Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdamın Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), dünyanın ən qədim yaşayış yerlərindən biri sayılan Füzulidəki Azıx mağarası  və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilmişdir. İşğal olunmuş ərazilərdəki Azərbaycan tarixi və memarlıq komplekslərinin vandalizmə uğraması, məhv edilməsi və mənimsənilməsi bu gün də davam edir. Hal-hazırda Azərbaycan Ermənistan ordusunun  hücumlarına, ədalətsizliyə, 30 illik işğalına son vermək üçün uğurlu əks-hücum əməliyyatı ilə cavab verir.
 
Azərbaycan silahlı qarşıdurmaların yaratdığı dağıntıların qarşısını almaq üçün  təşkil olunmuş UNESCO kimi beynəlxalq qurumların fəal üzvüdür. 1954-cü il Haaqa Konvensiyası, 1972-ci il Ümumdünya İrs Konvensiyası və insan irsinin məhv olmasının qarşısını almağa yönəlmiş bir çox digər beynəlxalq müqavilələr mövcuddur. Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni irs nümunələrinin məhv və təhqir edilməsi yalnız Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən vəhşilikdir. Bu vəhşi təcavüzə son qoymaq və daha çox dağıntıların qarşısını almaq yalnız Azərbaycanın deyil, bütün dünyanın narahatlığına səbəb olmalıdır.
 
Hörmətlə,
 
Şirin Məlikova,
Beynəlxalq Muzeylər Şurası (ICOM)
Azərbaycan Milli Komitəsinin sədri                     

 

PDF YÜKLƏ

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı