Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

M.S. Ordubadinin Xatirə Muzeyi

Görkəmli yazıçı, publisist, dramaturq, tərcüməçi, jurnalist,libretto müəllifi ictimai  xadim Məmməd Səid Ordubadinin xatirə muzeyi sabiq Azərbaycan SSRI MK və Azərbaycan SSRI Nazirlər Sovetinin 1976cı il 16 iyun tarixli “ Dahi ədəbiyyat və incəsənət xadimlərinin xatirə muzeylərini yaratmaq “ adlı və Azərbaycan SSRI Mədəniyyət Nazirliyin 1979 cu il 31 oktyabr 398 saylı əmrinə əsasən 1 noyabr 1979 cu ildə yaradılıb.

Muzey ədibin yaşayıb- yaratdığı mənzildə yerləşir ,elmi tədqiqat və mədəni –maarif  müəssisəsi olmaqla yanaşı , həm də M.S.Ordubadinin yaradıcılıq yadigarlarının mühafizəçisidir. Ədib 1938 cı il ildən ömrünün sonuna -1950 cı il mayın 1nə qədər bu mənzildə yaşayıb -yaratmışdır. Xatirə muzeyi Bakının mərkəzi küçələrindən biri olan Xəqani küçəsində yerləşir. Binanın memarı Mikayıl Hüseynovdur.

M.S.Ordubadinin xatirə muzeyində saxlanılan eksponatlar yazıçının keçdiyi həyat yolu ,yaradıcılıq barədə dolğun təsəvvür yaradır. Eksponatların hamısı ədibin şəxsi arxivinə aiddir. Muzeyə daxil olarkən tamaşaçıların diqqətini ilk öncə Azərbaycanın xalq rəssamı Xanlar Əhmədov tərəfindən işlənmiş  M.S.Ordubadinin büstü qarşılayır,eləcə də burada Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun “Ordubad şəhərinin ümumi görünüşü “ adlı əsəri nümayiş etdirilir.

Muzey 2 otaqdan ibarətdir. 1ci otaq M.S.Ordubadinin həm iş, həm də qonaq otağı olub.Otaqda ədibə məxsus məişət əşyaları,  mebel,  o cümlədən məşhur tarixi romanlarını qələmə aldığı yazı masası, fotoşəkillər , kitablar nümayiş olunur.   Otağa yaraşıq verən eksponatlardan biri də Azərbaycanın Xalq rəssamı Altay Hacıyev tərəfindən  yağlı boya ilə işlənmiş  Ordubadinin portretidir. Otağın görünüşü ədibin həyatının son anlarında olduğu kimi qorunub saxlanmışdır. Məhz bu otaqda ədib özünün ən məşhur “Gizli Bakı”, “ Döyüşən şəhər”, “ Qılınc və qələm”, “ Serjant İvanov adına körpələr evi” və s əsərlərini yaratmışdır.

2ci otaq ekspozisiya otağıdır. Burada ədibin çoxşaxəli yaradıcılığı əks olunur. Bu otaqda M.S.Ordubadi libtrettoçu, publisist, şair və dramaturq kimi təqdim olunur. Bundan əlavə ədibin sürgün  illərindəki fəaliyyəti, “ Dumanlı Təbriz” romanının əlyazmaları və onun adını  ədəbiləşdirən məkanların fotoları nümayiş olunur. Eyni zamanda vitrinlərdə ədibin ilk kitabları olan “ Qəflət” , Vətən və Huriyyət “, M.S.Ordubadinin atası Hacı Ağa Fəqirin “Ağlar qələm əlimdə “ şerlər kitabı , “Molla Nəsrəddin” jurnalı nümayiş olunur

Milli səhnə sənətinin inkişafı üçün yorulmadan çalışan Ordubadi istetadlı bəstəkar M.Maqomayevin “ Nərgiz” operasının , Üz Hacıbəylinin “ Koroğlu”  operasının Ə.Bədəlbəylinin “ Nizami” operasının,  F.Əmirovun “ Ürək çalanlar”  musiqi komediyasının , S.Rüstəmovun”  Beş manatlıq gəlin” musiqili komediyasının lebrettoların müəllifidir.Həmin əsərlərdən çəkilmiş şəkillər ekspozisiya otağında nümayiş olunur. Eyni zamanda M.S.Ordubadinin Ordubad şəhərində doğulduğu evin şəkili , hal-hazırda muzeyin yerləşdiyi binanın fasadının görünüşü, Fəxri Xiyabanda M.S.Ordubadinin məzarüstü abidəsi , ədibin müxtəlif illərdə layiq görüldüyü mükafatlar, dahi şəxsiyyətlərin Ordubadi haqqında söylədiyi sözlər  bu otaqda nümayiş olunur.

Hər il M.S.Ordubadinin xatirə muzeyində müxtəlif tədbirlər keçirilir.Bu tədbirlər sırasında : Ümummilli Lider , H.Əliyevin anadan olmasın 90 illik yubileyi münasibətilə silsilə tədbirlər,  Qanlı yanvar , Xocalı faciəsi, 31 mart soyqırım , Qələbə günü, Beynəlxalq muzeylər günü , Ordubadinin anadan olması və vəfatı gününə həsr olunmuş  və s kimi tədbirlər. Muzeyinin əsas fondunda 2000 ə yaxın eksponat toplanmışdır. Onlardan 300-zü muzeyin ekspozisiyasında nümayiş etdirilir.

Hər il muzey ali , orta təhsil ocaqları və digər mədəniyyət müəssisələrilə müqavilələr bağlayır, muzey daxilində açıq qapı günü və açıq dərslər keçirir. Bundan başqa mütləq şəkildə muzeyin fond müdürü və digər əməkdaşları fondu zənginləşdirmək məqsədilə Ordubadi dövrünə aid olan əşyalar , fotoşəkillər, kitablar əldə edir. Muzeyin elmi heyəti (elmi işçi və bələdçilər ) il ərzində mediyada müxtəlif məqalələrlə çıxış edirlər. Qeyd edək ki,muzeyin nəzdində muzeyin yaranma tarixindən başlayaraq Muzey Şurası fəaliyyət göstərir. Muzeyin direktoru  Lalə Abas-zadə 2005 ci ildən  - Beynəlxalq Muzeylər Şurası  (İCOM) Azərbaycan Milli Komitəsinin   üzvüdür . İCOM un xəttilə keçirilən konfrans, seminar və iclaslarda fəal iştirak edir.

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı