Qısa tarixçə - 1979-cu ildə fəaliyyətə başlayıb, 1982-ci il martın 22-də rəsmi açılışı olub.
Fondu və kolleksiyaları barədə ümumi məlumat - Yazıçının həyat və yaradıcılığını əks etdirən sənədlər və fotoşəkillər,nadir əlyazmaları, yazıçının sağlığında istifadə etdiyi özünə və ailəsinə aid şəxsi əşyalar, ayrı-ayrı dram əsərlərinə hazırlanmış səhnə maketləri, tamaşalardan afişa və proqramlar, maraqlı rəsm əsərləri, görkəmli şəxsiyyətlərin dramaturqa bağışladıqları hədiyyələr, C. Cabbarlı irsini tədqiq edən maraqlı elmi əsərlər, mətbuat nümunələri.
Eksponatların sayı ( əgər varsa ən maraqlı seçmə eksponatların şəkli və qısa məlumatlar)-
Hal-hazırda10 000-dən yuxarı eksponatı var
Sahəsi - 251 kv.m
Muzeyin ekspozisiyası hal-hazırda müvəqqəti olaraq təmirlə bağlı nümayiş olunmur.
Daxil olunması zəruri hesab edilən digər məlumatlar- Muzeyin işlədiyi layihələr: C. Cabbarlının əsərlərindən ibarət və C. Cabbarlının yaradıcılığı haqqında kitabların tərtibi və nəşri, “ Cəfər Cabbarlı Mükafat”ının təsisi və təqdimatları, C. Cabbarlının mahnı və şeirlərindən ibarət musiqi albomunun çıxarılması, bir neçə musiqi kliplərinin çəkilişləri.