ICOM Azərbaycan Milli Komitəsinin 25 illik fəaliyyəti
Millət və dövlət, onların mədəniyyəti o zaman əzəmətli görünür ki,o fundamental dünya tarixinə daxil olur.
YUNESKO-nun nəznində fəaliyyət göstərən Beynəlxalq Muzeylər Şurası (ICOM), muzey və muzey mütəxəssizlərinin 1946-cı ildə yaradılmış,müasir cəmiyyətdə peşəkarları bir başlanğıc altında birləşdirən,ali ideyaları yayan, uğurlu gələcəyə yönəldən,mədəni irs sahəsində ən nəhəng peşəkar beynəlxalq təşkilatıdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətlərə,dünya səviyyəli təşkilatlara üzv olmuş bir sıra konvensiyalara qoşulmuşdur.
Müstəqilliyimizin ilk illərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi təsis edildi və keçmiş SSRİ respublikaları arasında birinci olaraq rəsmi qaydada bu mötəbər təşkilata 1992-ci ildən qoşularaq öz fəaliyyətinə 1993-cü ildə başladı.
ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin,elm,mədəhiyyət,incəsənət,muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan xadimləri birləşdirir...